Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6780

Digər sorğular

UNEC-də millət vəkillərinin iştirakı ilə “Açıq qapı”

19:30  |    24 İyun 2017  |   E-mail  |  Çapa göndər

UNEC-də yay imtahan sessiyası ilə bağlı 4-cü “Açıq qapı” günü keçirilib.


QAZİLƏR.AZ Modern.az-a istinadən bildirir ki, UNEC rektoru, professor Ədalət Muradovla birlikdə millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və millət vəkili Vüsal Hüseynov, “525-ci qəzet”in əməkdaşı Sevinc Qarayevanın iştirak etdiyi “Açıq qapı”da UNEC tələbələri, valideynlər, universitet əməkdaşlarının müraciətləri dinlənilib. Müraciətlər əsasən yay imtahan sessiyası ilə bağlı olub. “Açıq qapı”da ümumilikdə 40-a yaxın müraciət cavablandırılıb, məsələlərin operativ həlli ilə bağlı müvafiq struktur bölmələrə göstəriş verilib.

Əflatun Amaşov “Açıq qapı” günü ilə bağlı təəssüratlarını bölüşüb: “Tələbələr sərbəst şəkildə problemləri barədə rektora danışır, haqqlarını müdafiə etməyi bacarırlar. Bu da universitet rəhbərliyinin onlara yaratdığı səmimi mühitdən irəli gəlir. Hər bir müraciət diqqətlə dinlənildi və müvafiq qaydalar çərçivəsində onların həlli ilə bağlı göstərişlər verildi. Bəzi məsələlər isə yerindəcə həll edildi. Mən bu gün savadlı, elmli, bilikli, öz hüquqlarını bilən və onları müdafiə etməyi bacaran tələbələr gördüm. Gələcəyimiz olan gəncləri bu səviyyədə görmək məni çox sevindirdi. UNEC-də son illər bir çox mühüm yeniliklər tətbiq olunur. Bütün bunlar da keyfiyyətli mütəxəssislərin hazırlanmasına xidmət edir”.

Millət vəkili Vüsal Hüseynov “Açıq qapı” günlərinin keçirilməsini universitetdəki şəffaflığın bariz göstəricisi kimi dəyərləndirib: “Açıq qapı” günləri universitet rəhbərliyi ilə tələbələr arasında ünsiyyəti daha da əlçatan edir. Eyni zamanda müəllmlərin, inzibati işçilərin tələbələr qarşısında məsuliyyətini artırır. Görüş müsbət ab-havada keçdi. İştirakçıların hər biri, istər valideyn, istər tələbə, istərsə də əməkdaşlar görüşdən razı qaldılar. Qəbulda tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi, beynəlxalq təcrübənin tətbiqi, müəllimlərin elmi potensialının artırılması, maddi-texniki bazanın zənginləşdirliməsi ilə bağlı müraciətlər müzakirə olundu. Bu da həmin sahələr üzrə universitetdə mühüm işlər görüldüyünün göstəricisidir”.

UNEC məzunu olduğunu diqqətə çatdıran V.Məmmədov bildirib ki, bir vaxtlar universitetdə müəllim kimi də çalışıb: “Mən özüm də bu universitetin məzunuyam, eyni zamanda burada pedaqoji fəaliyyətlə məşğul olmuşam. Mütəmadi olaraq UNEC-də baş verən yenilikləri mətbuatdan və sosial şəbəkələrdən izləyirəm. UNEC-də tələbə təşəbbüslərinə daha çox yer verildiyini müşahidə edirəm və bunu alqışlayıram. UNEC ölkədə iqtisadiyyat sahəsində baza rolunu oynayan əsas təhsil ocağıdır. Hesab edirəm ki, burada peşəkar mütəxəssislərin yetişməsi üçün yeniliklərin davam etdirilməsi zəruridir. Artıq bu istiqamətdə universitetdə müvafiq tədbirlər həyata keçirilir. Bu da hər birimizi çox sevindirir”.

Qeyd edək ki, UNEC rektorunun “Açıq qapı” günləri hər həftənin şənbə günü olmaqla yay imtahan sessiyasının sonuna kimi davam edəcək.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
30.03.2020
Vilayət Eyvazovdan yeni təyinat
30.03.2020
Xüsusi karantin rejimi dövründə ancaq bu obyektlər işləyəcək - SİYAHI
30.03.2020
Sutka ərzində atəşkəs rejimi pozulub
30.03.2020
Bakı metrosunda yenə sıxlıq yarandı - VİDEO
30.03.2020
Bu gün Milli Məclisdə 16 məsələyə baxılacaq