Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6474

Digər sorğular

Noutbuklar bazarında dinamikanın yaxşılaşması gözlənilir

20:50  |    27 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Qaziler.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən bildirir ki, “Digitimes Research” analitik şirkəti dünya noutbuklar bazarında dinamikanın yaxşılaşmasını proqnozlaşdırır. 2015-ci ilin aprel-iyununda noutbukların tədarük həcminin yanvar-martla müqayisədə 11 faiz artacağı gözlənilir. İllik ifadədə tədarük cüzi azalacaq. Belə ki, cari ilin birinci rübündə ekspertlər tərəfindən 4,7 faiz azalma qeydə alınmışdısa, ikinci rübdə azalma tempi 1,2 faiz aşağı düşəcək.

Proqnozlaşdırılan rüblük artım “Apple” noutbuk və xrombuklarının tədarükünün artması sayəsində mümkün olacaq. “Digitimes Research”in qiymətləndirməsinə görə, bu rübdə “MacBook” kompüterlərinin tədarükü 2015-ci ilin yanvar-martı ilə müqayisədə 40 faiz, 2014-cü ilin müvafiq dövrünə nisbətdə 50 faiz yüksələcək. “Chrome OS” əməliyyat sistemli noutbukların tədarükü isə rüblük və illik hesablamada müvafiq olaraq 60 və 55 faiz təşkil edəcək.

Proqnozda o da deyilir ki, “Apple” kompüterləri və xrombukları nəzərə alınmadan aprel-iyunda dünyada noutbukların tədarükü birinci rüblə müqayisədə 5 faiz artacaq, ötən ilin müvafiq dövrünə nisbətdə 8,7 faiz azalacaq.

Ekspertlər “Apple” şirkətinin uğurunu cari ilin martında buraxılan 12 düymlük “MacBook” noutbukları ilə izah edirlər. Lakin tədqiqatda bu modellə bağlı konkret qiymətləndirmə göstərilmir. Yalnız “Apple”ın hazırkı rübdə ümumilikdə 5 milyon noutbuk tədarük edəcəyi və rəqibi “Dell” şirkəti ilə dünyada üçüncü ən böyük noutbuk istehsalçısı adı uğrunda mübarizə aparacağı qeyd olunur, - "DailyComm” yazır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
“KAMAZ” qaz xəttinin dayaqlarını qopardı
16.09.2019
Stalin bir hərf səhvinə görə bütün redaksiyanı güllələtdirib
13.09.2019
Biləsuvarda bir neçə müəssisənin qaz təchizatı dayandırılıb
13.09.2019
Ucar, Zərdab, Cəlilabad və Lənkəranda qaz təchizatı dayandırılıb
12.09.2019
“Məişət zorakılığına qarşı mübarizəyə ictimai dəstək” adlı layihənin icrasına başlanıb