Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6780

Digər sorğular

UNEC kollektivi Cocuq Mərcanlıda

15:53  |    23 İyun 2017  |   E-mail  |  Çapa göndər

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə UNEC YAP Qadınlar Şurasının üzvləri Cəbrayıl rayonunun işğaldan azad olunan Cocuq Mərcanlı kəndinə səfər ediblər.

Universitetin mətbuat xidmətindən QAZİLƏR.AZ-a verilən məlumata görə, UNEC kollektivi Heydər Əliyevin və “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət ediblər.

Lələtəpə yüksəkliyinə yaxın ərazidə yerləşən Şükürbəyli kəndindəki N saylı hərbi hissənin əsgərləri ilə görüşən UNEC kollektivi Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə universitet rektoru, professor Ədalət Muradovun əsgər və zabitlərə təbriklərini çatdıraraq, şərəfli xidmətlərində onlara uğurlar arzulayıblar. O bildirib ki, ordumuz qələbələrilə xalqımızı sevindirəcək və tezliklə işğal altında olan torpaqlarımızı azad edəcəklər.

Daha sonra xidmətdə fərqlənən zabit və əsgərlərə fəxri fərman və hədiyyələr təqdim edilib.

Səfər Müdafiə Nazirliyi və Füzuli rayon İcra Hakimiyyətinin dəstəyilə təşkil olunub. Səfərdə həmçinin “XXI əsrin qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova və əməkdar jurnalist Flora Xəlilzadə də iştirak edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
30.03.2020
Vilayət Eyvazovdan yeni təyinat
30.03.2020
Xüsusi karantin rejimi dövründə ancaq bu obyektlər işləyəcək - SİYAHI
30.03.2020
Sutka ərzində atəşkəs rejimi pozulub
30.03.2020
Bakı metrosunda yenə sıxlıq yarandı - VİDEO
30.03.2020
Bu gün Milli Məclisdə 16 məsələyə baxılacaq