Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Sergey Markov: Minsk qrupu və Rusiya böyük sülh sazişinə nail olmağa çalışır

17:12  |    21 İyun 2017  |   E-mail  |  Çapa göndər

Bu gün dünya siyasəti müəyyən çalxalanma yaşayır və bu, hamıya təsir edir.


QAZİLƏR.AZ Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, hazırda Bakı və Moskva arasında müxtəlif sahələrdə - hərbi sahədən turizm və kənd təsərrüfatı sahələrinədək – münasibətlərin möhkəmləndirilməsi davam edir.

Politoloq qeyd edib ki, Dağlıq Qarabağ məsələsi də ikitərəfli münasibətlərdə çox vacib yer tutur.

S.Markov vurğulayıb ki, Rusiya bu prosesdə vasitəçi kimi çox fəaldır və bu məsələdə Kremlin ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə fikir ayrılıqları mövcud deyil:

“Bu gün vasitəçilərin əsas məqsədi ondan ibarətdir ki, tərəflərə substantiv danışıqlara başlamağa kömək etsin. Bu danışıqların əsasında fikrimcə, “Kazan formulu”, yəni Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması dayanır”.

Ekspert vurğulayıb ki, ATƏT-in Minsk qrupu tərəflərin mövqelərini dəqiqləşdirməyə və onları danışıqlar masası arxasında əyləşməyə və nəhayət, böyük sülh razılaşmasına nail olmağa çalışır.

Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) ilə bağlı proseslər barədə danışan S.Markov qeyd edib ki, mübahisənin tərəfləri təmkinlilik nümayiş etdirir:

"Bununla belə bu məsələnin həllində Bakı ilə Moskvanın konsensus qərarı aparıcı rol oynayacaq. Hər iki ölkənin rəbərliyi arasında etimad səviyyəsinin kifayət qədər yüksək olması bu prosesdə müsbət amil ola bilər. Eyni zamanda, Rusiya tərəfi də Azərbaycan tərəfinə hörmətlə yanaşmalıdır”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının kralını təbrik etdi
21.09.2019
Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
20.09.2019
Qənirə Paşayeva Əhməd Ağaoğlu ilə bağlı konfransda çıxış edib - VİDEO
20.09.2019
Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub
19.09.2019
Dövlət Komitəsinin sədri almaniyalı diplomatlarla görüşüb