Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

İlham Əliyev Almaniya səfirliyində

18:10  |    20 İyun 2017  |   E-mail  |  Çapa göndər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinə gələrək Almaniyanın keçmiş Federal Kansleri Helmut Kolun vəfatı ilə əlaqədar başsağlığı verib.


Axar.az xəbər verir ki, dövlət başçısı Almaniyanın keçmiş Federal Kansleri Helmut Kolun vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

Sonra Prezident İlham Əliyev Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabla söhbət edib.

Dövlət başçısı Helmut Kolun vəfatı ilə əlaqədar Almaniya xalqına başsağlığı verib. Prezident İlham Əliyev vurğulayıb ki, görkəmli ictimai-siyasi xadim, böyük və tarixi şəxsiyyət olan Helmut Kol öz xalqı qarşısında mühüm xidmətlər göstərib. O, Almaniyanın birləşdirilməsi və Avropa İttifaqının gücləndirilməsi istiqamətində əvəzsiz rol oynayıb. Ulu öndər Heydər Əliyev ilə Helmut Kolun Azərbaycan-Almaniya əlaqələrinin əsasını qoyduqlarını vurğulayan Prezident İlham Əliyev Heydər Əliyevin prezidentliyi dövründə ilk rəsmi səfərlərindən birini Almaniyaya etdiyini, bu səfərin və mərhum Helmut Kolla keçirilən görüşlərin ikitərəfli münasibətlərin təməlini qoyduğunu diqqətə çatdırıb. Dövlət başçısı Ulu Öndərin Helmut Kolla görüşlərindən xoş təəssüratları onunla bölüşdüyünü bildirib.

Bu gün ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev əməkdaşlığımızın bir çox sahələri əhatə etdiyini bildirib və əlaqələrimizin yaxşı perspektivə malik olduğunu qeyd edib.

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab başsağlığına və xoş sözlərə görə minnətdarlığını bildirib. O, Almaniya-Azərbaycan əlaqələrinin inkişafından danışıb.

Söhbət zamanı almanların Azərbaycana gəlişinin 200 illik yubileyinə hazırlıqla bağlı görüləcək tədbirlər haqqında fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkdirilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının kralını təbrik etdi
21.09.2019
Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
20.09.2019
Qənirə Paşayeva Əhməd Ağaoğlu ilə bağlı konfransda çıxış edib - VİDEO
20.09.2019
Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub
19.09.2019
Dövlət Komitəsinin sədri almaniyalı diplomatlarla görüşüb