Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mövsüm Şahin oğlu Məmmədovun ad günüdür

16:07  |    06 İyun 2017  |   E-mail  |  Çapa göndər

Məmmədov Mövsüm Şahin oğlu -1967-ci il iyunun 6-da Xocalı rayonunun Kosalar kəndində dünyaya göz açmışdır. Canhəsən kənd ibtidai məktəbini bitirdikdən sonra, orta təhsilini 1984-cü ildə doğma kəndində başa vurmuşdur. 1985-ci ildə ordu sıralarına çağırılmışdır.

1987-ci ildə ordudan tərxis olunaraq, Vətənə dönmüşdür. O, 1988-ci ildə Şuşa Elektrik Şəbəkəsi Birliyində ilk əmək fəaliyyətinə başlayır. 1990-cı ildə isə həyatını daxili işlər orqanlarına bağlayır. O vaxtlar Azərbaycanda vəziyyət getdikcə ağırlaşırdı. Ermənilərin torpaq iddiası, yaraqlıların arası kəsilməyən hücumları ölkədə sabitliyi pozmuşdu. Belə bir vaxtda Dağlıq Qarabağda və ətraf rayonlarda yerli polis işçilərinə böyük ehtiyac duyulurdu. Elə bu səbəbdən sərhədyanı bölgələrdə yeni-yeni polis bölmələri yaradılmağa başladı. Belə bölmələrdən biri də Xocalı rayonunun Meşəli kəndində yaradıldı. Mövsüm Məmmədov Vətənin dar günündə öz fəaliyyətini daxili işlər orqanlarında davam etdirməyi özünə borc bildi. O, 1992-93-cü illərdə erməni işğalçılarına qarşı aparılan hərbi əməliyyatlarda mərdliklə vuruşmuş və Xocalı soyqırımı zamanı dinc əhalinin xilas edilməsində böyük şücaət göstərmişdir. O, 1994-cü ildə Şuşa Rayon Polis Şöbəsinin Post-Patrul Xidməti bölüyünə komandir təyin edilmişdir.

M.Məmmodov hansı vəzifədə işləməsindən asılı olmayaraq, həmişə öz işinin öhdəsindən layiqincə gəlmişdir. Elə buna görə də 1995-ci ildə onu PPX-nin komandiri vəzifəsinə irəli çəkirlər.

M.Məmmədov 1998-ci ildə DİN-nin Polis Akademiyasını bitirmişdir. O, indi Şuşa Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsində çalışır. Polis mayorudur.
Ailəlidir. İki övladı var.

Azərbaycan Respublikası prezidentinin 25 fevral 1997-ci il tarixli 553 saylı fərmanı ilə Məmmədov Mövsüm Şahin oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
İran səfirliyi: “Dağlıq Qarabağ” komandasının erməni idman olimpiadasında iştirakına icazə verilməyib
18.09.2019
Azərbaycan MN: Düşmən atəşkəs rejiminə əməl etmir
17.09.2019
Bakıdan müharibə anonsu - hazırlıqlar bitir...
17.09.2019
Ermənistan silahlı bölmələri atəşkəsi 22 dəfə pozub
16.09.2019
Vətənsizliyin 26-cı sinfində oxuyanlar – Qarabağın ağ-qaralı “Bilik günü” - VİDEO