Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6699

Digər sorğular

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Zabit Adil oğlu Quliyevin ad günüdür

15:46  |    06 İyun 2017  |   E-mail  |  Çapa göndər

Quliyev Zabit Adil oğlu- 6 iyun 1975-ci ildə Kürdəmir rayonunun Ərəbxana kəndində dünyaya göz açıb. 1992-ci ildə Ərəbxana kənd orta məktəbini bitirib. Bir müddət doğma kəndlərində təsərrüfat işləri ilə məşğul olur, mexanizator kimi əkin-biçində iştirak edir. Zəhmətkeş bir ailədə böyüdüyünə görə, onun üçün çətin iş yox idi.

Quliyev Zabit Adil oğlu 1993-cü ilin sentyabrında Kürdəmir rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağrılır və bir başa döyüş bölgəsinə göndərilir. O, özünü cəsur bir əsgər və bacarıqlı döyüşçü kimi göstərirdi.

Zabit Quliyev Füzuli, Ağdam Ağdərə və Tərtər bölgələrində gedən döyüşlərdə rəşadətlə vuruşur. O, ölüm-dirim məqamlarında belə öz sayıqlığını, mətinliyini və soyuqqnlılığını itirməyərək sərrast atəşlə düşmənin ağır döyüş texnikasını sıradan çıxarır və bir neçə hücumun qarşısının alınmasında yüksək döyüş məharəti göstərir. Təkcə Seysulan kəndində gedən ağır döyüşlər zamanı o, düşmənin dörd tankını vurur.

Qəddar və məkirli ermənilər tərəfindən cəlb edildiyimiz müharibənin bütün ağrı-acılarını o da qeyrətli Vətən övladları ilə birgə yaşayır. Qismətinə düşən bu sarsıntılı, məşəqqətli günlərdən, ağır sınaqlardan üzüağ, alnıaçıq çıxmış, özünü mahir atıcı kimi tanıtmışdır. Onun həyat yolu gənclərimiz üçün bir örnəkdir, qəhrəmanlıq məktəbidir.

Ailəlidir. Bir övlad atasıdır.

Azərbaycan Resbublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Zabit Adil oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.02.2020
Xocalıya görə BMT-yə müraciət olunubmu? -Tofiq Zülfüqarovla Elman Məmmədov biri-birini təkzib etdi
17.02.2020
Qaradağlı faciəsinin şahidi: Həmin günlərin ağrı-acısı yaddaşımda silinməz iz qoyub
17.02.2020
“Onlar Qarabağa o qədər kapital qoyur ki...”
17.02.2020
Ermənilərin Qaradağlı kəndində törətdiyi qətliamdan 28 il ötür
16.02.2020
Ermənilərin Qarabağdan imtina etdiyi şok SAZİŞ - (TARİX)