Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Cavanşir İzzət oğlu Rəhimovun ad günüdür

15:35  |    05 İyun 2017  |   E-mail  |  Çapa göndər

Rəhimov Cavanşir İzzət oğlu- 5 iyun 1973-cü ildə Qax rayonunun Qaşqaçay kəndində doğulub. Bir yaşında olanda ailələri Bakının Qaraçuxur qəsəbəsinə köçüb. O, Suraxanı rayonundakı 104 saylı orta məktəbə gedib, həmin məktəbin səkkizinci sinfini bitirdikdən sonra təhsilini texniki-peşə məktəbində davam etdirir. O, idmanın karate növü ilə də ciddi məşğul olurdu. Qısa müddətdə idman ustası normasını ödəmişdi.

C.Rəhimov 1992-ci ilin aprel ayında hərbi xidmətə çağrılır. Onun taleyinə yenicə yaranmağa başlayan Azərbaycan Hərbi Hava Qüvvələrində xidmət etmək də var imiş. Çox keçmədən, Cavanşir hərbi vertolyotun bort atıcısı kimi hərbi peşənin sirlərinə yiyələndi. O zaman Zabratda yerləşən hərbi hissənin əsğər və zabitləri tez-tez cəbhə xəttinə uçuşlar edirdi. Cavanşir Rəhimov da özünü mahir atıcı kimi göstərmiş, sərrast atəşlə düşmənin xeyli canlı qüvvəsini məhv etmişdi.

Onun sonuncu uçuşu isə əsl qəhrəmanlıq nümunəsi kimi döyüş tariximizə daxil oldu. 6 avqust 1992-ci ildə Qasapet yüksəkliyindəkı döyüşçüləri xilas etmək üçün havaya yüksələn hərbi helikopter üç dəfə uçuş edərək yerdəki erməni mövqelərini atəşə tutdu və buradakı erməni bölüyünü məhv etdi. Vertolyotun komandiri, baş leytenant Ruslan Polovinko və pulemyotçu Cavanşir Rəhimov səmaya qalxdılar. İki uçuşu müvəffəqiyyətlə başa vurdular. Cavanşir yaralanmasına baxmayaraq, növbəti uçuşa hazır olduğunu bildirdi. Komandir nə qədər təkid etsə də, onu inadından döndərə bilmədi. Mİ-24 vertolyotu yenidən səmaya qalxdı. Bu dəfə onlar raket atəşinə məruz qalırlar. Vertolyot müvazinətini itirsə də, döyüşçülər özlərini itirmirlər. Yerə enəndə artıq gec idi- vertolyot alova bürünmüşdü...

Cavanşir artıq yaralı idi. Bu dəfə döyüşə girən helikopter Qasapet istiqamətində güclü raket atəşinə tutularaq vurulur. Zərbənin gücündən Cavanşir yaxınlıqdakı taxıl zəmisinə düşür. Bir aydan sonra mal-qara otaran çoban Cavanşirin meyitinə rast gəlır və yaxınlıqdakı hərbi hissəyə bildirir. Uca şəhidlik zirvəsinə yüksələn Cavanşirin tapılan nəşi, 1992-ci il sentyabr ayının 9-da ”müqəddəs yer”də vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın uyuduğu Şəhidlər xiyabanında döyüşçü yoldaşlarının və ailə üzvlərinin iştirakı ilə dəfn edilir.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Rəhimov Cavanşir İzzət oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakının Suraxanı rayonundakı 146 saylı orta məktəb onun adını daşıyır. Qaraçuxur qəsəbə parkında büstü qoyulmuşdur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
İran səfirliyi: “Dağlıq Qarabağ” komandasının erməni idman olimpiadasında iştirakına icazə verilməyib
18.09.2019
Azərbaycan MN: Düşmən atəşkəs rejiminə əməl etmir
17.09.2019
Bakıdan müharibə anonsu - hazırlıqlar bitir...
17.09.2019
Ermənistan silahlı bölmələri atəşkəsi 22 dəfə pozub
16.09.2019
Vətənsizliyin 26-cı sinfində oxuyanlar – Qarabağın ağ-qaralı “Bilik günü” - VİDEO