Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6564

Digər sorğular

Kiprin yeni prezidenti məlum oldu

18:29  |    27 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Şimali Kipr Türk Respublikası Prezident seçkisində Mustafa Akıncının qalib gəldiyini elan edib.

Axar.az xəbər verir ki, Şimali Kipr Türk Respublikasının yüksək seçki təşkilatının rəhbəri Şəfəq Önəri yüzdə 64.15 % iştirakçı olan seçkilərdə istifadə olunan 110 min 60 səsdən 108 min 32-sinin etibarlı sayıldığını açıqlayıb.

Rəsmi məlumata görə, nəticələr bu axşam açıqlanacaq. Akıncı vəzifəsini həftə içində təhvil alacaq. İqtidar partiyası Cümhuriyyətçi Türk Partiyası - Birləşmiş Qüvvələr (CTP-BG) və Sosial Demokratiya Partiyasının dəstəyi ilə ikinci tur seçimlərinə girən Akıncının vəzifə müddəti 5 il olacaq.

Qeyd edək ki, Akıncı 1947-ci il dekabrın 28-də Limasolda doğulub. Orta Şərq Texniki Universitetinin (ODTÜ) Memarlıq Fakültəsini bitirib, 1975-ci ildə Kipr Türk Federal Dövləti Qurucu Məclis üzvlüyünə seçilib. Akıncı 1999-2001-ci illər arasında Baş nazir köməkçisi və Turizm naziri vəzifəsində çalışıb. Əla səviyyədə ingiliscə bilən Akıncı evlidir, üç övladı var.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
İranda benzinin qiymətinin qaldırılması etirazla qarşılanıb
16.11.2019
Türkiyədə Əl-Bağdadinin 25 qohumu tutulub
16.11.2019
Qonşuda benzin bahalaşdı: Əhali ayağa qalxdı
16.11.2019
Bill Qeyts yenidən dünyanın ən varlı adamı oldu
15.11.2019
Ərinin ona xəyanət etdiyini oxuduğu romandan anladı: evdəki halı, əlinin tərləməsi...