Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6574

Digər sorğular

Argentinalı jurnalist Azərbaycandan üzr istədi

16:57  |    27 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Azərbaycanın Xarici İşlər Nazirliyi Argentinanın "Tiempo Argentino" qəzetinin redaktor müavini Luis Faraoninin adını `qara siyahı`ya salıb.

Bu barədə ATV.az-a Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Argentinanın "Tiempo Argentino" qəzetinin redaktor müavini Luis Faraoni 18-23 mart 2015-ci il tarixində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edib və onun adı arzuolunmaz şəxslər siyahısına daxil edilib.

Luis Faraoni Azərbaycan Respublikasının Argentinadakı Səfirliyinə məktubla müraciət edərək, Azərbaycan Respublikasının Ermənistan tərəfindən hərbi yolla işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərinin adının arzuolunmaz şəxslər siyahısına salınacağı ilə nəticələnəcəyindən xəbərsiz olduğunu qeyd edib.

O, işğal olunmuş ərazilərə səfərinin Azərbaycanla problem yaratdığına görə çox təəssüf hissi keçirdiyini ifadə edib və bu əməlinin ağırlığını qəbul edərək, eyni hərəkətin gələcəkdə təkrarlanmayacağını bildirib.

Luis Faraoni Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətini ifadə edərək, adının Azərbaycan hökumətinin müvafiq siyahısından çıxarılması məsələsinin nəzərdən keçirilməsini xahiş edib.

Luis Faraoninin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılması barəsində qərar qəbul olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.11.2019
Diplomatik pasportu olan Ata Abdullayevi Paşinyana yalvarmağa kim göndərmişdi?
21.11.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21.11.2019
Azərbaycan XİN Nikol Paşinyanın Milandakı çıxışına münasibət bildirib
21.11.2019
Sofiyada ermənilərin daha bir təxribatının qarşısı alınıb
21.11.2019
"Ata Abdullayevi ora göndərənlər Azərbaycanın nüfuzuna böyük zərbə vurdular"