Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6397

Digər sorğular

Heydər Əliyev Fondu Cibutiyə tibbi avadanlıq göndərib

20:51  |    12 İyun 2017  |   E-mail  |  Çapa göndər

Heydər Əliyev Fondu Cibuti Republikasının Səhiyyə Nazirliyinə tibbi avadanlıq hədiyyə edib.

Fonddan “Report”a verilən məlumata görə, bununla bağlı Cibuti Respublikasının Səhiyyə Nazirliyinin Mərkəzi Xəstəxanasında tibbi avadanlığın təqdimetmə mərasimi keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi humanitar layihələr haqqında məlumat verilib. Bildirilib ki, bu layihələr çərçivəsində Cibuti Mərkəzi Xəstəxanasının pediatriya şöbəsi 10 adda tibbi avadanlıqla təmin olunub və bu aksiya ölkənin səhiyyə sisteminin inkişafına, eləcə də ikitərəfli münasibətlərin genişlənməsinə öz töhfəsini verəcək.

Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev çıxışında Cibuti və Azərbaycan arasındakı dostluq münasibətlərin hər iki ölkənin milli maraqlarına xidmət etdiyini və səfirliyin bundan sonra da bu əlaqələrin möhkəmləndirilməsi üçün tədbirləri davam etdirəcəyini bildirib.

Heydər Əliyev Fondunun nümayəndə heyəti Cibuti Respublikasının səhiyyə naziri Cama Elmi Okieh ilə görüşüb. Görüş zamanı nazir hədiyyə olunmuş tibbi avadanlığın ölkədə pediatriya xidmətinin güclənməsinə təkan verəcəyini qeyd edib və bu dəstəyə görə Azərbaycan xalqına, eləcə də Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.07.2019
Cavad Zərif: "İran müharibəni başlayan tərəf olmayacaq, lakin öz torpaqlarını qoruyacaq"
18.07.2019
Baş katib: "Türkiyənin "S-400"lərə görə NATO-dan çıxarılması gündəmə gəlməyib"
18.07.2019
NATO-dan Kremlə sərt mesaj
18.07.2019
Dünyanın ən böyük “Cücə”sinə ömürlük həbs və 13 milyard cərimə - VİDEO
18.07.2019
Türkiyə XİN ABŞ-ın Ankaranın F-35 proqramından çıxarılması barədə qərarını qanunsuz adlandırıb