Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6528

Digər sorğular

Ramazan İranda: küçədə su içənlər cəzalandırıldı

20:37  |    12 İyun 2017  |   E-mail  |  Çapa göndər

Qəzvin şəhərinin inqilab prokuroru İsmayıl Sadiqi Niyarəki hökumət tərəfindən tətbiq edilən orucluq qadağalarından və buna riayət etməyərək küçədə su içən, qida qəbul edən vətəndaşların cəzalandırılmasından danışıb.

Axar.az xəbər verir ki, o, son günlər Qəzvin şəhərində orucluq qadağalarına riayət etməyən 20 nəfərin cəzalandırıldığını bildirib:

“Hazırda Qəzvin şəhərində orucluq qadağalarını pozduqlarına görə ən azı 90 nəfər məsuliyyətə cəlb edilərək barələrində cinayət işi açılıb. Həmin şəxslərdən 20-si artıq cəzalandırılıb və onlara küçədə su içib qida qəbul etdiklərinə görə şallaq zərbələri vurulub.

İslam qanunlarına görə oruc tutmaq hamıya vacibdir. Lakin kimsə hansısa səbəbə görə oruc tuta bilmirsə, mübarək Ramazan ayının hörmətini saxlamalı, bununla bağlı qoyulan qadağalara riayət etməlidir. Elə buna görə də heç kəs ictimai yerlərdə açıq-aşkar su içməməli, yemək yeməməlidir. Əks təqdirdə, buna riayət etməyən vətəndaşlar cəzalandırılacaq”.

Qeyd edək ki, İranda Ramazan ayı boyunca iftardan əvvəl küçədə açıq-aşkar su içən, yemək yeyən və ya siqaret çəkənlər iki cür cəzalandırılır: Pul cəriməsi ödəyir və ya şallaq zərbəsinə məruz qalır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.10.2019
Putin Orxan Camalın qətlini müzakirə etdi
23.10.2019
Tramp Türkiyəyə qarşı sanksiyaları ləğv edib
23.10.2019
Tramp: “Türkiyə-Suriya sərhədində böyük müvəffəqiyyət əldə olunub”
23.10.2019
ABŞ Suriyadan çıxartdığı hərbçilərini Qatar və ya Küveytə yerləşdirəcək
23.10.2019
Əkrəm İmamoğlunun azərbaycanlı ilə maraqlı söhbəti (VİDEO)