Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Sumqayıtda məktəblərdən birinə şəhid kəşfiyyatçının adı verilir – FOTOLAR

18:34  |    10 İyun 2017  |   E-mail  |  Çapa göndər


Bu gün Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbdə düşmənə əsir düşməmək üçün özlərini partladan Azərbaycan Ordusunun 7 kəşfiyyatçısından biri şəhid Anar Rzayevin adının məktəbə verilməsi ilə bağlı tədbir keçirilib.

Qaziler.az “AzeriDefence”ə istinadən xəbər verir ki, tədbirdə millət vəkilləri Adil Əliyev, Qənirə Paşayeva, kəşfiyyat briqadasının keçmiş komandiri ehtiyatda olan polkovnik Xətai Baxışov, şəhid olmuş kəşfiyyatçıların ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə 1997-ci ildə əsir düşməmək üçün özlərini partladan 7 kəşfiyyatçının döyüş qəhrəmanlıqlarından danışılıb və həmin qəhrəmanlar üçün çəkilən film təqdim edilib.

Daha sonra tədbir məktəblilərin çıxışları ilə davam etdirilib.

Tədbirdə çıxış edən kəşfiyyat qrupunun rəhbəri olmuş polkovnik Xətai Baxışov bildirib ki, belə tədbirlərin keçirilməsi qürurveriricidir: “Fəxr edirəm ki, belə qəhrəmanlarımızın komandiri olmuşam. Bu gün çox şadam ki, onları adı artıq əbədiləşib. Bu məktəb onlardan birinin adını daşıyacaq. Əminəm ki, Azərbaycan xalqı cəmi şəhidlərimizin adını ədəbiləşdirəcək. Bu gün bu tədbirdə çıxış edə bu kiçik balalarımız gələcəkdə əminəm ki, Anardan da, Aqşindən də, Dinardan da geri qalmayacaqlar. Onların bu cür müəllimləri, valideynləri varsa inanıram ki, gələcəkdə mərdlikləri ilə daima uca zirvələrdə olacaqlar. Bu cür çıxışlardan sonra mən o uşaqların ürəyindəki vətənpərvərliyi, torpaq sevgisini bir komandir kimi gördüm”.

Ehtiyatda olan polkovnik əlavə edib ki, bu gün burda izlədiyini film həmin yaşayan hadisələrin kiçik bir hissəsi idi.

Daha sonra isə millət vəkilləri Adil Əliyev və Qənirə Paşayeva çıxışı edərək xalqımızda vətənpərvirlik ruhunun günü-gündən daha da artdığını vurğulayıblar.

Qeyd edək ki, 1997-ci il aprelin 7-də iki kəşfiyyat qrupu xüsusi tapşırıqla ermənilərin işğal altındakı Füzuli rayonuna göndərilib. Qrup düşmənin arxasına keçərək tapşırığı yerinə yetirib. Birincin qrup itkisiz qayıtsa da, ikinci qrup düşmənin mühasirəsinə düşüb. Təslim haqqında təklif döyüşçülərimiz tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayır. Kəşfiyyatçılar düşmənin xeyli canlı qüvvəsini məhv edir. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladırlar. 8 nəfər heyətdən ibarət olan qrupun 7 üzvü şəhid olur, onlardan 1-i Əhmədov Aqil Mürsəl oğlu ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşərək sağ qalıb.

Mərhum prezident Heydər Əliyev kəşfiyyat qrupunun bütün üzvlərinin “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.09.2019
İşdən çıxarılan məktəb direktoru "general"a 10 min manat rüşvət verib - TƏFƏRRÜAT
22.09.2019
Sabah hava necə olacaq?
22.09.2019
Azərbaycan ordusunun naməlum şəraitdə həlak olan hərbi qulluqçusu dəfn edilib - FOTOSESSİYA
22.09.2019
Misir Mərdanov vəzifədən necə çıxarıldığını açıqladı - Video
22.09.2019
Naməlum şəraitdə həlak olan hərbçimizin FOTOSU