Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

BMT-nin rezident əlaqələndiricisi: “Azərbaycanda gender bərabərliyinə xüsusi diqqət yetirilir“

17:25  |    09 İyun 2017  |   E-mail  |  Çapa göndər

Bu gün "Dayanıqlı İnkişaf Məqsədləri: Qadınlar və İnkişaf" mövzusunda BMT-nin Azərbaycandakı nümayəndəliyi və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının birgə təşkilatçılığı ilə panel müzakirələri təşkil edilib.


QAZİLƏR.AZ APA-ya istinadən xəbər verir ki, tədbirdə baş nazirin müavini Əli Əhmədov Azərbaycanda gender bərabərliyi sahəsində görülən işlərdən danışıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai bildirib ki, Azərbaycanda gender bərabərliyinə xüsusi diqqət yetirilir: "Qadınlar sosial sahələrdə daha çox aktivlik nümayiş etdirirlər. Bir sıra ölkələrdə qadınlar parlamentdə və digər dövlət işlərində təmsil olunurlar. Ancaq təəssüf ki, qadınlara qarşı diskriminasiyanın mövcud olduğu ölkələr də var. Azərbaycanda isə gender bərabərliyi inkişaf edir, qadınların ictimai həyatda iştirakı artır. Hətta Azərbaycan 1918-ci ildə şərqdə qadınlara səsvermə hüququ verən ilk ölkə olub".

Qulam İsakzai Məhəmməd peyğəmbərin həyat yoldaşı Xədicənin uğurlu iş adamı olduğunu xatırladıb: "Bu baxımdan islamda da qadınların ictimai həyatda fəal olmaları barədə nümunələr var. Azərbaycan gender bərabərliyi ilə bağlı bir sıra konvensiyalara qoşulub. Görürük ki, Azərbaycanda qadınlar ölkə rəhbərliyində də təmsil olunur. Azərbaycanla bu sahədə işləri davam etdirməliyik. Dayanıqlı İnkişaf Məqsədlərində gender bərabərliyinə xüsusi önəm verilir. Biz əmin olmalıyıq ki, Dayanıqlı İnkişaf Məqsədlərinin gender bərabərliyi ilə bağlı komponentləri də uğurla yerinə yetirilir. Qadınların iqtisadi həyatda roluna önəm verməsək, ölkənin inkişafını dayandırmış oluruq".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova nəzərə çatdırıb ki, 2012-ci ildə sahibkarlar arasında qadınların xüsusi çəkisi 17 faiz olubsa, 2017-ci ilin əvvəlində bu göstərici 21 faizə çatıb: "Azərbaycan parlamentində qadınların xüsusi çəkisi 188 faizə çatıb. 78 rayon icra hakimiyyətindən 71-də icra başçılarının müavinləri qadınlardır. Azərbaycanda qadın alverinin qarşısının alınması və uşaqlara qarşı zorakılığın qarşısının alınması istiqamətində ardıcıl işlər görülür. Azərbaycan hökuməti uşaqların, qadınların təhsilinə xüsusi diqqət yetirir. Bu sahədə fəallığın artırılması qarşımızda əsas vəzifə kimi dayanır. Qadınların iqtisadi resurslara, informasiyaya çıxışında çatışmazlıqlar var və bu sahədə maarifləndirmə işlərini artırmalıyıq. Bakı Dövlət Universiteti və Xəzər Universitetində gender bərabərliyi fənni tədris olunur. Dayanıqlı İnkişaf Məqsədlərinin tədris proqramlarına daxil edilməsi məqsədəuyğun olardı".

Milli Məclis sədrinin müavini Bahar Muradova qeyd edib ki, qadınların nə dərəcədə inkişaf komponenti kimi çıxış etməsinə diqqət yetirmək lazımdır: "Qadınlar cəmiyyətin, bəşəriyyətin ayrılmaz bir hissəsidir. Biz ümumilikdə cəmiyyəti maarifləndirməliyik, qadınları ayrıca götürə bilmərik. Bu zaman dayanıqlı inkişaf da mümkün olacaq. Azərbaycanda qanunvericilik bazası və ənənələrimiz baxımından gender bərabərliyi ilə bağlı problem yoxdur. Necə olur ki, ailədə qadınlara hər şeyi etibar edirik, cəmiyyət və dövlət həyatında qadınları qərar qəbul etməyə nisbətən az buraxırıq. Qadınların iştirakçılığının artırılması ümumən cəmiyyətin və dövlətin inkişafına xidmət edir".

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib ki, 2000-ci illərin əvvəlində Azərbaycan vətəndaşlarının hər 2 nəfərindən biri yoxsul olubsa, indi bu göstərici 5 faizə düşüb.

Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva Azərbaycanda gender bərabərliyi sahəsində görülən işlərdən danışıb.

Tədbir müzakirələrlə davam edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.09.2019
İşdən çıxarılan məktəb direktoru "general"a 10 min manat rüşvət verib - TƏFƏRRÜAT
22.09.2019
Sabah hava necə olacaq?
22.09.2019
Azərbaycan ordusunun naməlum şəraitdə həlak olan hərbi qulluqçusu dəfn edilib - FOTOSESSİYA
22.09.2019
Misir Mərdanov vəzifədən necə çıxarıldığını açıqladı - Video
22.09.2019
Naməlum şəraitdə həlak olan hərbçimizin FOTOSU