Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6600

Digər sorğular

Metropoliten xəttə ilk yubiley qatarını buraxdı

15:13  |    05 İyun 2017  |   E-mail  |  Çapa göndər

Bu il 50 illik yubileyini qeyd edən Bakı Metropoliteni QSC xəttə ilk yubiley qatarını buraxıb. Bu, qurumun yubileyi ilə bağlı gerçəkləşdirilən tədbirlər planı çərçivəsində reallaşıb.

Qurumun mətbuat xidmətindən Axar.az-a bildirilib ki, yeni qatar həm tərtibatı, həm də dizaynı ilə diqqət çəkir:

“Ön hissəsi yenilənən, əvvəlkilərdən tamamilə seçilən bu qatarda bir sıra yeniliklər elə ilk baxışdan aydın görünür. Ön və yan hissələri bənövşəyi və narıncı rəngə boyanmış qatarın tematik tərtibatı metropolitenin 50 illik yubileyinə həsr olunub. Qatar boyunca pəncərə səviyyəsində yarıməsrlik yubiley üçün hazırlanmış xüsusi fərqləndirici loqotiplər yerləşdirilib. Maşinist kabinasının ön hissəsində Azərbaycan Respublikasının dövlət bayrağı əks olunub. Giriş qapıları arasında pəncərə altı orta zolaqda isə "Yarım əsr xidmətinizdə" devizi yer alıb. Son vaxtlar Bakı metropoliteninin loqotipinin əks olunduğu yeni tipli antivandal plastik oturacaqlar yeni təmirdən çıxmış qatarda yubiley üçün işlənmiş loqotiplərlə bəzədilib. Bütün bunlar ötən illər ərzində daim yüksək səviyyədə mədəni xidmət göstərmiş və sərnişinlərin etimadını qazanaraq bu illər ərzində onlara doğma olmuş Bakı metropoliteninin yubileyini sərnişinlərə xatırladacaq”.

Açıqlamaya görə, qatar əvvəllər olduğu kimi Moskva Elektrik Qatarlarının Təmiri Zavodunun Tiflis filialında deyil, yerli şəraitdə təmir edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
10.12.2019
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu
10.12.2019
“Qobu Park-2” yaşayış kompleksinə hansı obyektlərdən köçürülmə aparılıb
10.12.2019
Qarabağ müharibəsi veteranına “Hərbi xidmətlərə görə” medalı təqdim olunub
10.12.2019
MTRŞ: 102 FM tezliyi dövlətə məxsusdur, heç kimin mülkiyyətində deyil, heç zaman satışa çıxarılmayıb
10.12.2019
“Azəriqaz”da istehsalat müşavirəsi keçirilib