Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6558

Digər sorğular

Atatürkün erməni “soyqırım”ı ilə bağlı tarixi cavabı

21:51  |    24 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Atatürkün Anadolunun İttifaq dövlətləri tərəfindən işğal altında olduğu 26 fevral 1921-ci ildə onu ziyarətə gəlmiş amerikalı jurnalist Klanens Streitlə görüşü dahi şəxsiyyətin cavabıyla tarixə keçib.

Axar.az-ın məlumatına görə, bu görüş Atatürkün amerikalı jurnalistə ermənilərin köç edilməsi və erməni quldur dəstələrinin Anadoluda törətdikləri qətllərlə bağlı verdiyi tarixi cavablarla yaddaşlarda qalıb.

Atatürkün həmin tarixi cavabını təqdim edirik:

“İngilislərin sülh dövründə İrlandiyaya rəva gördüyü münasibətə laqeyd yanaşan dünya, ermənilərin köçü barəsində verməyə məcbur qaldığımız qərara görə bizi ittiham edə bilməz. Böhtanların əksinə olaraq, köç edilənlər həyatdadır və bunlardan çoxu əgər İttifaq dövlətləri bizi təkrar müharibəyə məcbur etməsəydilər, evlərinə dönmüş olardılar. Rusların şərq vilayətlərimizi təxliyyəyə başladığı dövrdə erməni quldur dəstələrinin törətdikləri qırğınlar və təxribatlar hər kəsə məlumdur”.

“Rus ordusu 1915-ci ildə bizə qarşı böyük hücuma başladığı ərəfədə çarlığın xidmətində olan Erməni Daşnak Komitəsi qoşunlarımızın arxasındakı erməniləri üsyana qaldırdılar. Düşmənin qüvvəsinin və hərbi texnikasının çoxluğu sayəsində geri çəkilməyə məcbur qaldığımız üçün özümüzü iki atəş arasında qalmış kimi görürdük. Ermənilər tərəfindən yaralılarımızı daşıyan konvoylarımız mərhəmətsiz şəkildə öldürülür, körpülər dağıdılır, yollar məhv edilir və türk kəndlərində terror hökm sürürdü. Bu cinayətləri törədən erməni dəstələri silah-sursatı sülh dövründə bəzi böyük dövlətlərdən almışdılar. Bu səbəbdən ermənilər köçürüldü. Millətimiz əleyhinə deyilənlər tamamilə böhtandır. Millətimizin qəddar olması ilə bağlı iddialar başdan-başa yalandır. Heç bir millət bizim kimi, digər xalqların inanclarına və adətlərinə hörmət etməmişdir. Osmanlıda onlara hər cür sərbəstlik verilmişdi”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.11.2019
"Həqiqi soyqırım ermənilər tərəfindən Xocalıda törədilib" - Çavuşoğlu
09.11.2019
Çavuşoğlu: "Türkiyə Azərbaycan, Azərbaycan isə Türkiyədir"
09.11.2019
Qardaş Türkiyənin tanınmışlarından Azərbaycana bayram təbriki - VİDEO
08.11.2019
Azərbaycan XİN İrana başsağlığı verib
07.11.2019
Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb