Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6436

Digər sorğular

Direktor: “ANS-dən bizə deyirlər “get ay batandan sonra gəl”“

23:52  |    02 İyun 2017  |   E-mail  |  Çapa göndər


AMEA-nın Zoologiya İnstitutu fəaliyyəti dayandırılmış ANS teleşirkətinə əmlakını hazırda yerləşdiyi binadan çıxarmaq üçün vaxt vermişdi. Sonuncu dəfə xəbərdarlığa baxmayaraq, ANS teleşirkəti ərazini tərk etməmişdi.

Qaziler.az bildirir ki, Modern.az saytı məsələnin nə yerdə olduğunu öyrənmək üçün Zoologiya İnstitutunun direktoru ilə yenidən əlaqə yaradıb.

İnstitutun direktoru Elman Yusifov saytımıza açıqlamasında bildirib ki, ANS teleşirkəti hələ də binanı tərk etməyib:

“Hazırda ANS-lə bağlı məsələdə heç bir irəliləyiş yoxdur. Bəlkə hüquq-mühafizə orqanları kömək etsə, ANS-in əmlakını binadan çıxara bilərik.
Sonuncu dəfə ANS-ə rəsmi məktub yazsaq da, bizi gözləmədən əks cavab verdilər. Bildirdilər ki, “get ay batandan sonra gəl”. Belə halda yalnız yumorla bu böhrandan çıxmaq olar. Yəni konkret heç bir şey yoxdur.
Bizim bütün ərazimiz təxminən 2000 kvadrat metrdən çoxdur və qeyri-qanuni olaraq ANS teleşirkəti tərəfindən zəbt edilib. Onun təxminən 800 kvadrat metri hüquq-mühafizə orqanları tərəfindən bağlanılıb. Amma digər hissəsində ANS-in avadanlıqları yerləşir. Onlar da həmin əmlakı ərazidən çıxarmaq istəmir”.

Elman Yusifov həmçinin qeyd edib ki, ANS-in vitse-prezidenti Mirşahin Ağayevlə də əlaqə yaratmaq mümkün deyil:

“Mirşahin Ağayev yəqin ki, aya köçüb. Çünki telefonlarımızın heç birinə cavab vermir. Çox güman ki, bizi “qara siyahı”ya salıb”.

Xatırladaq ki, telekanalın qapadılmasına səbəb ötən ilin iyununda Türkiyədə baş verən hərbi çevrilişə cəhd hadisələrindən sonra ANS əməkdaşının bu olaylara rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Gülənin ABŞ-da keçirdiyi mətbuat konfransında iştirak etməsi olub.

Milli Televiziya və Radio Şurası (MTRŞ) 2016-cı il iyulun 18-də «ANS Müstəqil Yayım və Media» Şirkətinin yayımının dayandırılması barədə qərar qəbul edib. MTRŞ öz qərarını Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə Azərbaycan Baş Prokurorluğunun müraciətinə əsasən qəbul etdiyini bildirib. MTRŞ həmçinin, ANS-ÇM radiosunun lisenziyasını ləğv edib.
O vaxtdan ANS-in yerləşdiyi binanın giriş qapısı bağlanıb, möhürlənib. Əraziyə polis əməkdaşları nəzarət edir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.08.2019
Mehriban Əliyeva: "Azərbaycanın layiqli övladları ilə fəxr edirəm"
18.08.2019
Müdafiə Nazirliyi: Ordumuz düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır
18.08.2019
Sabahın HAVA PROQNOZU
18.08.2019
Anar Kərimova ağır itki
17.08.2019
Qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər