Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6654

Digər sorğular

“BP-Azerbaijan“ sosial layihələrə 72 mln. dollar xərcləyib

16:33  |    02 İyun 2017  |   E-mail  |  Çapa göndər

"BP şirkətinin əməliyyatçısı olduğu layihələr vasitəsi ilə BP və tərəfdaşları tərəfindən Azərbaycana təxminən 66 mlrd. dollar investisiya qoyulub".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Xəzər neft-qaz konfransında çıxış edən "BP-Azerbaijan"ın vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

B.Aslanbəylinin sözlərinə görə, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan bu günə qədər 3 mlrd. bareldən artıq neft hasil edilib: "1997-ci ildən etibarən "AÇG"-dən 3 mlrd. bareldən artıq neft hasil edilib. Ötən 12 il ərzində "AÇG" yatağından təxminən 30 mlrd. kubmetrdən artıq səmt qazı hasil edib Azərbaycana təhvil vermişik".

"2006-cı ilin sonundan etibarən "Şahdəniz" layihəsi regional bazarlara 80 mlrd. kubmetrdən artıq qaz nəql edib. BTC boru kəməri vasitəsilə 360 mln. tondan artıq, yəni 2,7 mlrd. bareldən çox xam neft nəql edilərək 3 550-dən artıq tankerə yüklənib və neft bazalarına göndərilib", - deyə BP rəsmisi qeyd edib.

B.Aslanbəyli bildirib ki, "Şahdəniz-2" dünyada ən çətin layihələrdəndir: "Bütün işlərimiz landşafta minimal təsirlə yerinə yetirilir. Təkcə onu qeyd etmək lazımdır ki, 20 ildə ən azı 110 ətraf mühitə təsirin qiymətləndirilməsi prosesi aparmışıq. Dəniz, quru və sahilyanı zonanın monitorinqi üzrə təxminən 200 tədqiqat həyata keçirmişik".

Şirkət vitse-prezidenti deyib ki, təmsil etdiyi qurum bu vaxta qədər Azərbaycanda sosial layihələrə 72 mln. dollara yaxın vəsait ayırıb: "2016-cı ilin sonuna qədər "BP-Azerbaijan"ın ixtisaslaşmış heyətinin 87%-ni Azərbaycan vətəndaşları təşkil edib. Müqayisə üçün deyək ki, bu rəqəm 2015-ci ildə 84% olub. 2018-ci ilin sonunda bu rəqəmin 90%-ə çatdırılmasını hədəf qoymuşuq. Yerli rəhbər işçilərin sayı 314 nəfərə çatıb ki, bu da yerli ofisdə çalışan ümumi rəhbər işçilərin 57%-i deməkdir. Bunların təxminən 20%-i qadınlardır. Təkcə ötən il ərzində 22 azərbaycanlı digər ölkələrdə yüksək vəzifələrə təyinat alıblar".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.12.2019
Almaniyada 31 avroya satılan nişanı BNA 1840 manata alıb?- Rəsmi açıqlama
29.12.2019
İlin ən yaxşı idman federasiyası məlum oldu - FOTO
26.12.2019
İşdən çıxarılan həkimin şok səs yazısı: “Mən elə şərəfsiz köpək oğlunun...”(AUDİO)
16.12.2019
Prezident İlham Əliyev 2020-ci il dövlət büdcəsini təsdiqləyib
14.12.2019
Yol qəzaları səbəbindən bu rayonlarda qaz təminatı müvəqqəti olaraq dayandırılıb