Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Araz Bahadur oğlu Səlimovun ad günüdür-VİDEO

18:41  |    01 İyun 2017  |   E-mail  |  Çapa göndər

Səlimov Araz Bahadur oğlu -1 iyun 1960-cı ildə Xocalı şəhərində doğulub. 1975-ci ildə burada orta məktəbin səkkizinci sinifini bitirib. Sonra texniki-peşə məktəbində traktorçu peşəsinə yiyələnib. Bir müddət kalxozda çalışıb.

1978-ci ildə Sovet Ordusu sıralarında hərbi xidmətə gedir. Əsgəri xidməti Çelyabinsk vilayətində keçir. 1980-ci ildə ordudan tərxis olunur və doğma yurdu Xocalıya qayıdır. O, burada südçülük –tərəvəzçilik savxozunda traktorçu işləyir.

1990-cı ildə könüllü olaraq Xocalı özünümüdafiə batalyonuna yazılır. Araz ilk gündən öz cəsarəti ilə fərqlənir, bir pulemyotçu kimi erməni təxribatlarına layiqincə cavab verirdi. Araz Səlimov Xocalı faciəsi zamanı son gülləsi qalana qədər vuruşaraq, qız-gəlini, qoca və uşaqları erməni quldurlarının caynağından qurtardı. Erməni yaraqlıları izinə düşərək onu, qardaşı Fəxrəddinlə birlikdə Əsgəranda vəhşicəsinə qətlə yetirirlər.

Xocalı faciəsi zamanı bu ailədən üç nəfər –ata və iki oğul şəhid olub.
Evlidir. Bir oğlu, iki qızı var.

Azərbaycan Resbublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 553 saylı fərmanı ilə Səlimov Araz Bahadır oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Ağdam şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
İran səfirliyi: “Dağlıq Qarabağ” komandasının erməni idman olimpiadasında iştirakına icazə verilməyib
18.09.2019
Azərbaycan MN: Düşmən atəşkəs rejiminə əməl etmir
17.09.2019
Bakıdan müharibə anonsu - hazırlıqlar bitir...
17.09.2019
Ermənistan silahlı bölmələri atəşkəsi 22 dəfə pozub
16.09.2019
Vətənsizliyin 26-cı sinfində oxuyanlar – Qarabağın ağ-qaralı “Bilik günü” - VİDEO