Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6714

Digər sorğular

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Aytəkin İsrayıl oğlu Məmmədovun ad günüdür

18:05  |    29 May 2017  |   E-mail  |  Çapa göndər

Məmmədov Aytəkin İsrayıl oğlu - 29 may 1967-ci ildə Gədəbəy rayonunun Göyəli kəndində anadan olmuşdur. 1974-cü ildə orta məktəbin birinci sinfinə getmiş və 1984-cü ildə orta təhsilini başa vurmuşdur. Elə həmin il texniki-peşə məktəbində rəngsaz peşəsinə yiyələnmişdir.

1985-ci ildə hərbi xidmətə çağırılmış və Əfqanıstan müharibəsində iştirak etmişdir. 1987-ci ildə hərbi qulluğunu başa vurduqdan sonra Bakıya gələrək tikinti idarəsində öz peşəsi üzrə işləməyə başlamışdır.

Erməni yaraqlıları Azərbaycana qarşı elan olunmamış müharibəyə başlayanda o, bərk nigarançılıq keçirirdi. Silaha sarılıb Vətən torpağını düşməndən müdafiə etmək üçün o, 1991-ci ilin fevral ayında Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə daxil olur. Əfqanıstan döyüşlərində qazandığı təcrübə öz doğma torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə onun karına gəlir.

A.Məmmədov 1991-ci ilin aprel ayında Xanlar rayonunun erməni yaraqlıları tərəfindən hücuma məruz qalan kəndlərinə ezam olunur. Rayonun Quşçu kəndi də bu sırada idi. Düşmən, demək olar ki, bu kəndi hər gün atəşə tutur, camaatı vahimə içində saxlayırdı. Aytəkin döyüş yoldaşları ilə kəndin qırağında özünə mövqe seçir. Düşmənin isə hücumları ara vermirdi. Aytəkin pulemyotu işə salaraq, erməniləri geri çəkilməyə məcbur edir. O, bu döyüşdə ağır yaralanır. Bu onun son döyüşü olur. O, gözlərini bir qəhrəman kimi əbədi yumur.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Aytəkin İsrayıl oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Göyəli kənd qəbristanlığında dəfn edilmişdir.
Göyəli kənd orta məktəbi onun adını daşıyır. Büstü qoyulmuşdur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.02.2020
Atəşkəs dövründə şəhid olan və yaralanan hərbçilərin sayı açıqlandı
26.02.2020
Bütün ailəsi məhv olmuş ananın fəryadı - VİDEO
26.02.2020
Türkiyə telekanalı Xocalı soyqırımına sənədli film həsr etdi - VİDEO
26.02.2020
Martın 31-də Azərbaycan Ordusu separatçıların seçki gününü onlara bağışlayacaqsa...
26.02.2020
Atəşkəs yenə pozulub