Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Maşallah Babakişi oğlu Abdullayevin ad günüdür

15:03  |    27 May 2017  |   E-mail  |  Çapa göndər

Abdullayev Maşallah Babakişi oğlu-1950-ci il may ayının 27-də Goranboy rayonunun Kəpənəkçi kəndində anadan olmuş, səkkizinci sinfədək 1 saylı Goranboy şəhər orta məktəbində təhsil almışdır.

Sonra təhsilini fəhləgənclər məktəbində davam etdirmişdir. 15 yaşlı Maşallah Goranboy Subartezian Quyularının İstismarı İdarəsində işə düzəlir. Sonra Sumqayıt Alüminium Zavodu... 1969-cu ildə hərbi xidmətə çağırılır. O, 1971-ci ildə Kerç şəhərində ordudan tərxis olunaraq Bakıya gəlir və Neft Daşlarında işə düzəlir.

Maşallah Abdullayev 1973-cü ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna qəbul olunur və buranı müvəffəqiyyətlə bitirib, 1975-ci ildə təyinatla doğma rayonlarına, vaxtilə təhsil aldığı 1 saylı orta məktəbə müəllim göndərilir. O, pedaqoji fəaliyyətə başladığı ilk gündən müəllimlərin və şagirdlərin dərin hörmətini qazanır, yeniyetmələrin idmana həvəsini daha da artırır.

Ermənilərin sıx yaşadıqları Qaraçinar, Mənəş, Erkəc, Buzluqdan azərbaycanlılar yaşayan Zeyvə, Todan və digər kəndlərə basqınlar edilir, evlər yandırılır, günahsız insanlar əsir götürülürdü. Belə bir çətin məqamda el təəssübünü çəkən M.Abdullayev sinəsini irəli verərək, Goranboylu gəncləri bir yerə topladı.
Goranboy rayonunda erməni quldurlarına qarşı mübarizəyə başlayan ilk könüllü dəstələrin yaradılmasında M.Abdullayevin xidmətləri əvəzsizdir. Bu dəstələrin batalyon şəklində formalaşmasında da onun böyük xidmətləri olmuşdur. Keçmiş Şaumyan kəndinin (indiki Ağcakənd - red.) erməni işğalçılarından təmizlənməsində goranboyluların yazdığı qəhrəmanlıq salnaməsinə M.Abdullayevin də adı həkk olunmuşdur. Göstərdiyi cəsarət, qəhrəmanlıq onu həmyerlilərinin gözündə daha da ucaltdı. O, Respublika Ali Sovetinə (Milli Məclisə) deputat seçildi. Deputatlığı dövründə öz missiyasını bacarıqla yerinə yetirdi. 1992-ci ildə Maşallah Abdullayevə daha bir çətin və məsuliyyətli vəzifə etibar edildi: o, Respublika Müdafiə Nazirliyi nəzdində briqada komandirinin müavini vəzifəsinə təyin olundu. Həmin briqada Tərtər, Goranboy və Yevlax ərazilərinə nəzarət edirdi. Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsində bu briqadanın əvəzsiz rolu olmuşdur.
Mayor rütbəsinəcən yüksələn Maşallah Abdullayev 1992-ci ilin avqustundan 1993-cü ilin iyul ayınadək Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmişdir. Halhazırda öz şəxsi təsərrüfatı ilə məşğuldur. İgidliyə görə general M.Əsədov adına mükafata layiq görülmüşdür. Maşallah Abdullayev bu gün də el-oba ilə birgə nəfəs alır, rayonun ictimati-siyasi həyatında fəal iştirak edir.
Ailəlidir. Bir övlad atasıdır.
Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Abdullayev Maşallah Babakişi oğluna “Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
- See more at: http://www.milliqahramanlar.az/hero/225#sthash.5aoGir2K.dpuf
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
İran səfirliyi: “Dağlıq Qarabağ” komandasının erməni idman olimpiadasında iştirakına icazə verilməyib
18.09.2019
Azərbaycan MN: Düşmən atəşkəs rejiminə əməl etmir
17.09.2019
Bakıdan müharibə anonsu - hazırlıqlar bitir...
17.09.2019
Ermənistan silahlı bölmələri atəşkəsi 22 dəfə pozub
16.09.2019
Vətənsizliyin 26-cı sinfində oxuyanlar – Qarabağın ağ-qaralı “Bilik günü” - VİDEO