Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Yanvarda TANAP-da sınaq işlərinə başlanacaq

21:38  |    31 May 2017  |   E-mail  |  Çapa göndər

2018-ci ilin yanvar ayında Azərbaycan qazının Türkiyəyə və buradan da Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu Boru Kəmərində (TANAP)qazla sınaq işlərinə başlanacaq.

"Report" xəbər verir ki, bunu Bakıda jurnalistlərə açıqlamasında "SOCAR Turkey Enerji A.Ş."-nin baş direktoru Zaur Qəhrəmanov bildirib.

"Aprel ayının sonuna TANAP-ın tikintisinin 72,4%-i başa çatıb. Layihə üzrə işlər qrafikə uyğun davam etdirilir. Gələn ilin yanvar ayında boru kəmərində qazla ilk sınaqlara başlanacaq. Gələn ilin ortalarına isə TANAP istismara hazır olacaq", - deyə Z.Qəhrəmanov qeyd edib.

Onun sözlərinə görə, hazırda sınaq mərhələsində hansı qazın istifadə olunması məsələsi müzakirə olunur: "Böyük ehtimalla bu, "Şahdəniz" qazı olmayacaq. Boru kəmərinin sınaq işləri üçün təxminən 1-2 mlrd.kubmetr qaz lazım olacaq".
Qeyd edək ki, TANAP Türkiyənin təbii qaz ehtiyacının təxminən 12%-ni təkbaşına təmin edəcək. TANAP-ın Əskişəhərə qədər uzanan hissəsinin 2018-ci ilin iyun ayının sonunda tamamlanması hədəflənir.

Xatırladaq ki, TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.

2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılan boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Əskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını "BOTAŞ" şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. Kəmərin 19 km-lik hissəsi Mərmərə dənizindən keçəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Yol polisini təhqir edən sürücüyə 15 sutka həbs cəzası verilib
18.09.2019
Lənkəran, Xırdalan və Bakının Xətai rayonunda qaz təchizatı dayandırılıb
17.09.2019
“KAMAZ” qaz xəttinin dayaqlarını qopardı
16.09.2019
Stalin bir hərf səhvinə görə bütün redaksiyanı güllələtdirib
13.09.2019
Biləsuvarda bir neçə müəssisənin qaz təchizatı dayandırılıb