Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6474

Digər sorğular

Vəkili Əfqan Muxtarlı ilə görüşüb

17:52  |    31 May 2017  |   E-mail  |  Çapa göndər

Vəkil Elçin Sadıqov Əfqan Muxtarlı ilə görüşüb. Vəkilin yaydığı məlumata görə Əfqan Muxtarlı işgəncələrə məruz qalıb.

Vəkil bildirir ki, Əfqan Muxtarlını dunən 18 radəlrində yaşadığı Tiflis şəhərində evinin yaxınlığınkı parkda tutublar. Onu avtomobilə mindiriblər. Şəhərdən çıxarandan sonra, əllərini xamutla bağlayıb, başına torba keçirərək bir çöllüyə gətiriblər. Sonra maşını dəyişərək başqa maşına mindiriblər. Gürcüstan ərazisində döyüblər. Onun alnında, burnunda çapıq var, ürəyinin altında agrı hiss edir, əllərində xamutun açdığı qançır izləri də, sağ gözündə də, qançır var. Ürəyinin altında ağrı hiss etdiyinə görə güman edirik ki, sol qabırğası sındırılıb. Gözlərini açanda özünü sərhəd zastavasında görüb. Onun cibinə 10 min avro qoyulub. Təbii ki, Əfqan Muxtarlı bu pulu ilk dəfə gördüyünü deyir.

Elçin Sadıqov Əfqan Muxtarlının onu saxlayanların Gürcüstan Təhlükəsizlik orqanının işçiləri olduğunu dediyini bildirib.

Hansı səbəbdən saxlanılması ilə bağlı jurnalistin sualına vəkil, “Əfqan Muxtarlı yazıları və facebookdakı tənqidi statuslarına görə həbs esildiyini düşünür” -cavabını verib.

“Onun pasportsuz sərhəddi keçirməkləri həm Gürcüstan dövlətinin, həm də, Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir. Əfqan Muxtarlı Cinayət məcəlləsinin 318.1 və 206.1 maddə sərhəddi qanunsuz pozma maddəsi ilə ittiham edilir.” -Elçin Sadıqov bildirib.



***

Müstəqil jurnalist Əfqan Muxtarlı həbs edilərək Azərbaycana gətirildib

Vəkil Nemət Kərimlinin “Basta” ya verdiyi məlumata görə, dünən axşam saatlarından yoxa çıxan, Əfqan Muxtarlı həbs olunaraq Azərbaycana gətirilib.

Bu barədə Əfqan Muxtarlı Nemət Kərimliyə özü zəng edərək xəbər verib.

Nemət Kərimli bildirir ki, Əfqan Muxtarlının məhkəməsi prosedur qaydalarına görə sabahdan tez ola bilməz. Ancaq başqa bu tipli həbslərdə müşahidə etdiyimiz kimi Əfqan Muxtarlının məhkəməsi bu gecə də keçirilə bilər.

Vəkil Osman Kazımlı da Əfqan Muxtarlının müdafiəsi prosesinə qoşulub. Osman Kazımovun “Basta” ya verdiyi məlumata görə Əfqan Muxtarlı Sərhəd Xidməti İdarəsindədir və vəkil ora yola düşüb.

Xatırladaq ki, dünən axşam saatlarından müstəqil jurnalist Əfqan Muxtarlının telefonuna zəng çatmır, ailəsinin harada olmasından xəbəri yox idi.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
“KAMAZ” qaz xəttinin dayaqlarını qopardı
16.09.2019
Stalin bir hərf səhvinə görə bütün redaksiyanı güllələtdirib
13.09.2019
Biləsuvarda bir neçə müəssisənin qaz təchizatı dayandırılıb
13.09.2019
Ucar, Zərdab, Cəlilabad və Lənkəranda qaz təchizatı dayandırılıb
12.09.2019
“Məişət zorakılığına qarşı mübarizəyə ictimai dəstək” adlı layihənin icrasına başlanıb