Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Ağdaşda müasir heyvandarlıq kompleksi yaradılıb

20:00  |    24 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Aprelin 24-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Ağdaş rayonunun Gürcüva kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir. İşgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Ağdaşda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim edilməsi, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.

Nazilrikdən Qaziler.az-a verilən məlumata görə, 80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Ağdaş rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan çörək, pendir və plastik qapı-pəncərə istehsalı müəssisələrinin, cins heyvandarlıq, istixana və intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2015-ci ilin ötən dövrü ərzində 1742 sahibkara 53 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3700-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, ümumilikdə indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 10142 investisiya layihəsinin maliyyələşdirilməsinə 421,1 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 34200-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılmışdır.

Şirzad Abdullayev bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq, aidiyyəti dövlət strukturları ilə yanaşı, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən də müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu tədbirlər sırasına dövlətin güzəştli kreditləri hesabına aqroparkların, iri fermer təsərrüfatlarının, “yaşıl market”lərin, ət kəsimi və kiçik həcmli emal müəssisələrinin yaradılmasının dəstəklənməsi və s. daxildir. Qeyd edilmişdir ki, 2015-ci ilin ötən dövrü ərzində verilən kreditlərin 95%-i aqrar sektorun inkişafı ilə bağlı olmuşdur və ilin sonunadək kənd təsərrüfatının inkişafı ilə bağlı investisiya layihələrinin maliyyələşdirilməsi davam etdiriləcəkdir.

İşgüzar forum çərçivəsində Ağdaş və ətraf rayonlardan olan 72 sahibkara 819,9 min manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, bağçılıq, çörək istehsalı və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 100-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Ağdaş rayonunun Ərəbocağı kəndində güzəştli kredit ayrılmış 2400 başlıq müasir heyvandarlıq kompleksinə baxış keçirilmişdir. Ümumilikdə, indiyədək Sahibkarlığa Kömək Milli Fondu tərəfindən respublikada illik istehsal gücü 149.2 min ton süd və 2.1 min ton ət olan 23850 başlıq 22 müasir heyvandarlıq kompleksinin yaradılmasına 91.3 milyon manat güzəştli kredit verilmişdir. Artıq illik istehsal gücü 113.1 min ton süd və 1.7 min ton ət olan 19250 başlıq 16 heyvandarlıq kompleksi istifadəyə verilmişdir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Yol polisini təhqir edən sürücüyə 15 sutka həbs cəzası verilib
18.09.2019
Lənkəran, Xırdalan və Bakının Xətai rayonunda qaz təchizatı dayandırılıb
17.09.2019
“KAMAZ” qaz xəttinin dayaqlarını qopardı
16.09.2019
Stalin bir hərf səhvinə görə bütün redaksiyanı güllələtdirib
13.09.2019
Biləsuvarda bir neçə müəssisənin qaz təchizatı dayandırılıb