Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Qazilər həkimləri diplomla təltif etdi – FOTO-VİDEO

20:30  |    30 May 2017  |   E-mail  |  Çapa göndər

QAZİLER.AZ saytı xəbər verir ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Qarabağ Qaziləri” İctimai Birliyi və “Vətən Müharibəsi Əlilləri” İctimai Birlikləri Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirərək Azərbaycan torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə yaralanaraq əlil olmuş Qazilərə göstərdikləri nümunəvi tibbi xidmətə görə bir qrup həkimi diplomla təltif etdi.

Tədbir Qarabağ qazilərinin Azərbaycan himnini canlı oxumaları ilə başladı. Daha sonra Azərbaycan torpaqları uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildi.

“Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov tədbirin məqsədinin Qarabağ döyüşlərində yaralanan qazilərin sağlamlıq problemlərinin həlli ilə məşğul olan həkimlərə minnətdarlıq bildirməklə onların təltif olunması ilə bağlı olduğunu bildirdi:





“Qarabağ döyüşçüləri zaman-zaman yaşlandıqca xəstəliklər onları üstələyir. Biz qazilər Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edərək həkimlərdən müntəzəm tibbi yardım alırıq. Son zamanlar həkimlərin Qarabağ döyüşçülərinə münasibətinin çox dəyişdiyin görürük. Mən özüm dəfələrlə ağır əməliyyatlar keçirmişəm. Bu gün həyatda sağ qalmağımın səbəbkarı bizim cəsur həkimlərimizdir. Onlar məni çox çətinliklə həyata qaytarıblar. Baxmayaraq ki, bu sahədə hələ də bəzi problemlərimiz qalmaqdadır. Amma ümid edirik ki, o problemlər də həllini tapacaq. Biz Səhiyyə Nazirliyinə müraciət edərək qazi qardaşlarımıza diqqət və qayğı ilə yanaşan, bizim səhhətimizin keşiyində dayanan həkimlərimizin bir qrupunu təltif etmək istədiyimizi bildirdik. Bizim sağlamlığımızın keşiyində dayanan müqəddəs peşə sahibləri olan həkimlərə öz minnətdarlığımızı bildiririk. Bu gün burada cəmi dörd nəfər həkimə diplom təqdim edəcəyik. Daha sonra isə tibb ocaqlarına, xəstəxanalara gedərək Qarabağ döyüşçülərinə qayğı və diqqətlə ilə yanaşan digər on bir həkimimizi də kollektivin qarşısında təqdim edəcəyik”.



Daha sonra Etimad Əsədov Qarabağ torpaqlarının müharibə yolu ilə işğaldan azad edilməsini arzuladığını bildirdi. “Müharibə yolu ilə qələbəni əldə etmək bizim üçün ən böyük hadisə olar. Arzu edirəm ki, biz öz torpaqlarımızı əlimizdə silah azad edək!”.



“Vətən Müharibəsi Əlilləri” İctimai Birliyinin sədri Firudin Məmmədov isə ümumilikdə 15 nəfər həkimin diplomlarla təltif ediləcəyini açıqladı: “Amma bu, simvolik rəqəmdir. Çünki, Qarabağ qazilərinə yüzlərlə tibb işçisi tibbi yardım göstərib. Elə həkimlərimiz var ki, qat-qat artıq bizə tibbi xidmət göstərib. Bəzi əməliyyatlar var ki, özəl klinikalarda qiyməti 10-15 min manat dəyərindədir, amma biz əlillərin bir zəngi ilə, bir məktubu ilə həmin əməliyyatları təmənnasız ediblər. Bu, həkimlərimizin bizə göstərdiyi üstün münasibətin nəticəsidir. Ona görə də bizə diqqətlə yanaşan həkimlərə minnətdarıq. Bilirik ki, Qarabağ qazilərinin bədəninin bir hissəsi vətən torpağına qarışıb. Döyüşçüyə, qaziyə göstərilən münasibət vətənpərvərlikdən irəli gəlir. Çünki, döyüşçülər, qazilər, şəhidlər bu vətənin bir parçasıdır. Bu gün Ali Baş Komandanın, 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın Qarabağ döyüşçülərinə, şəhid ailələrinə göstərdiyi qayğı, bizə olan isti münasibəti sosial problemlərimizin həlli istiqamətində atılan addımları intensivləşdirib. Bizə münasibət yaxşı mənada xeyli dəyişib. Bu gün ölkədə Qarabağ qazilərinə, əlillərə çox böyük diqqət göstərən həkimlər, nazirliklər var. Amma bəzi həkimlər də var ki, onların qazilərə göstərdiyi dırnaqarası xidmətə görə cəzalandırılmalarını tələb etmişik. Hər kəsin borcu bu vətənə xidmət göstərməkdir. Biz bu təltifləri etdiyimiz həkimlərin heç özlərinin belə xəbəri yoxdur”.



Daha sonra Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlı çıxış etdi. O, bildirdi ki, burada təmsil olunan təşkilatlar əsasən Qarabağ qazilərinin problemlərinin həlli ilə məşğul olurlar. Əlbəttə ki, onlar vətən uğrunda əlil olublar. Həkimlərimiz sağ olsunlar ki, onlara yüksək tibbi xidmət göstərirlər. “Biz şahidi olmuşuq ki, müharibə vaxtı həkimlər ön cəbhədə necə fədakarlıq göstərirdilər. Döyüşçülərlə çiyin-çiyinə düşmən gülləsi altında işləyirdilər. Onların arasında şəhid olmuş həkimlərimiz də var. Mən sözləri və musiqisi Şahin Musaoğluna aid olan və qəhrəman həkimlərimizə həsr edilmiş “Ağ ümid” adı mahnı da ifa etmişəm”. Daha sonra o, hərbi həkimlərə aid mahnını ifa etdi.



Tədbirdə Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli çıxış edərək bu gün burada iki müqəddəs peşənin daşıyıcılarının bir araya gəldiyini qeyd etdi. “1-cilər Vətən uğrunda döyüşənlər, 2-cilər isə onların sağlamlığının keşiyində duranlardır. Vətən uğrunda canını verən insanlar vətən qədər, bayraq qədər müqəddəsdir. Həkimlərin də insanlıq borcudur ki, qazilərin sağlamlığı ilə məşğul olsunlar”. E.Həsənli onu da bildirdi ki, bu təşkilatlardan diplom almaq çox çətindir. Görün, bu həkimlərin işindən nə qədər razı qalıblar ki, onları diplomla təltif edirlər”.





Daha sonra Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Mərkəzinin Endikronologiya şöbəsinin müdiri, həkim Aynur Hümbətovaya, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Mərkəzinin Endikronologiya şöbəsinin həkimi, endikronoloq Gülnar Qasımovaya, Respublika Dəri-Zöhrəvi Dispanserinin həkim Fuad Əfəndiyevə Bakı şəhər Kliniki - Tibbi Mərkəzinin 2-ci cərrahiyyə şöbəsinin həkimi Rövşən İbrahimova diplomlar təqdim edildi.



Həkimlər çıxış edərək verdikləri dəyərə görə Qarabağ qazilərinə təşəkkür edib göstərdikləri xidmətin vəzifə borcu olduqlarını bildiriblər.



Aynur Hümbətova: “Qarabağ qazilərinə tibbi xidmət göstərmək bizim peşə borcumuzdur. Bizi ön cəbhəyə də çağırsanız can-başla gələrik!”



Gülnar Qasımova: “30 ildən çoxdur ki, tibb sahəsində çalışıram. Biz öz borcumuzu yerinə yetiririk. Bu diploma görə təşəkkür edirəm!”



Rövşən İbrahimov: “Bu təltiflər həm də müstəqilliyimizin 99 illiyinin keçirildiyi vaxta təsadüf edir. Bu müstəqilliyi asanlıqla əldə etməmişik. Ən çətin yolu qeyrətli oğullar seçdi. Vətənin müdafiəsinə qalxdınız, sağlamlığınızdan keçdiniz. Siz ölümsüzlüyü qazanmış insanlarsız. Mən də qarşınızda baş əyirəm”.



Qarabağ döyüşçüsü, həkim Fuad Əfəndiyev: “Qazilərə xidmət göstərmək hər birimizin borcudur. Onların hər birinə bizə verdikləri qiymətə görə öz minnətdarlığımı bildiriəm”.



Tədbirin sonunda Qarabağ qaziləri birliyinin mətbuat xidmətinin rəhbəri, Qaziler.az saytının baş redaktoru, Rey Kərimoğlu çıxış edərək təltif edilən həkimləri təbrik etdi, onlara işlərində uğurlar arzuladı.



“Qarabağ Qaziləri” və “Vətən Müharibəsi Əlilləri” İctimai Birlikləri tərəfindən təsis edilmiş Fəxri Diploma layiq görülən tibb işçilərinin siyahısı:

1. Poladov Gülmirzə - Səhiyyə Nazirliyinin Tibbi Yardımın təşkili şöbəsinin müdiri;

2. Babayev Yusif - Səhiyyə Nazirliyinin Tibbi Yardımın təşkili şöbəsinin müdirinin müavini;

3. Dadaşov Kabus – Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi;

4. Əliyev Yusif – Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi;

5. İbadov Telman - Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Mərkəzinin baş həkimi

6. Hüseynov Xanbaba - Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Hemodializ şöbəsinin müdiri;

7. Yusifova Esmira - Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktorunun köməkçisi;

8. Babayev Mahir – Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Mərkəzinin baş həkiminin müavini;

9. Qurbanov İmran - Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Mərkəzinin 2-ci qəbul şöbəsinin müdiri;

10. Hümbətova Aynur - Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Mərkəzinin Endokrinologiya Şöbəsinin müdiri;

11. Qasımova Gülnar - Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Mərkəzinin Endokrinologiya Şöbəsinin həkimi, endokrinoloq.

12. Babayev Fariz – Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxananın hemodializ şöbəsinin müdiri;

13. Salahov Adil – Bakı Şəhər Kliniki Tibbi Mərkəzinin baş həkiminin müavini;

14. İbrahimov Rövşən - Bakı Şəhər Kliniki Tibbi Mərkəzinin 2-ci cərrahiyyə şöbəsinin cərrahı;

15. Əfəndiyev Fuad – Respublika Dəri-Zöhrəvi Dispanserinin həkimi;

16. Hacıyev Şəmistan – Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkimi, travmotoloq-ortoped.



Sevda Elay Əsgərova
QAZİLER.AZ

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.09.2019
İşdən çıxarılan məktəb direktoru "general"a 10 min manat rüşvət verib - TƏFƏRRÜAT
22.09.2019
Sabah hava necə olacaq?
22.09.2019
Azərbaycan ordusunun naməlum şəraitdə həlak olan hərbi qulluqçusu dəfn edilib - FOTOSESSİYA
22.09.2019
Misir Mərdanov vəzifədən necə çıxarıldığını açıqladı - Video
22.09.2019
Naməlum şəraitdə həlak olan hərbçimizin FOTOSU