Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6705

Digər sorğular

Şərif Ağayar Kulis.az-ın baş redaktoru təyin olunub

17:24  |    30 May 2017  |   E-mail  |  Çapa göndər
QAZİLƏR.AZ Lent.az-a istinadən bildirir ki, “APA Holdinq”ə daxil olan Kulis.az saytına yeni baş redaktor təyin olunub. Saytın yeni baş redaktoru tanınmış yazıçı Şərif Ağayardır.

Şərif Ağayar 1976-cı ildə Laçın rayonunda anadan olub.

N.Tusi adına ADPU-nun tarix-filologiya fakültəsini bitirib

90-cı illərdən "Panorama" qəzetində, “Yeni Azərbaycan” qəzetinin “Ədəbiyyat” əlavəsində çalışıb.

Mətbuatda çoxsaylı məqalələri, şeirləri, oçerk və hekayələri çap olunub.

2003-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin orqanı olan "Kino+" qəzetinin baş redaktoru təyin olunub.

2008-2013-cü illərdə Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsində məsləhətçi vəzifəsində işləyib.

2014-cü ildən Kulis.az-da redaktor vəzifəsində işləyir.

Bədii yaradıcılığı geniş maraq doğuran Şərif Ağayar 1998-ci ildə Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının təsis etdiyi "Xəlil Rza Ulutürk" mükafatına, 2003-cü ildə Gənclər İdman və Turizm Nazirliyi tərəfindən ədəbiyyat sahəsindəki uğurlarına görə "Gənclər mükafatı"na layiq görülüb. Həmin il YeniSİ Ədəbiyyat və Sənət Təzahürləri Mərkəzinin Azərbaycanda ilk dəfə keçirdiyi I Proza N internet-müsabiqəsinin qalibi olub.

İndiyədək "Səhra məsnəvisi" adlı şeirlər kitabı, "Kərpickəsən kişinin dastanı" povesti, "Aftafalı antrakt" proza kitabı, "Haramı" romanı, "Xanım T." hekayətlər kitabı, "Gülüstan" romanı çap edilib.

Bu il isə ədəbi mühitdə müzakirəyə səbəb olan “Arzulardan sonrakı şəhər romanı” çapdan çıxıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.02.2020
Prezident Romada Azərbaycan-İtaliya biznes forumunda iştirak edib
09.02.2020
Nazir:“Biz aldığımızdan daha çox ödəyirik”
06.02.2020
Əmək pensiyaları indeksləşdirildi
28.01.2020
Çindən Azərbaycana bir sıra məhsulların gətirilməsi qadağan olunub
28.01.2020
Ramzan Kadırova keşiş paltarı "geyindirdilər" - 25 nəfər Çeçenistan vətəndaşı həbs olundu