Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6654

Digər sorğular

Avropa Mərkəzi Bankı ekspansiyanı davam etdirəcək

22:40  |    29 May 2017  |   E-mail  |  Çapa göndər


Avrozonada iqtisadi artıma təsir edəcək risklər azalsa da, regionun hələ də ekspansiv şərtlərə ehtiyacı var.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə Avropa Mərkəzi Bankının (ECB) rəhbəri Mario Dragi Avropa Parlamentində çıxış edib. M.Dragi bir çox ikinci dərəcəli risklərin təmamilə yox olduğunu da əlavə edib.
"İnflyasiyanın ortamüddətli perspektivdə 2% səviyyəsinə yüksəlməsi və burada sabitləşməsi üçün fövqəladə monetar siyasətin davam etməsində hamımız həmfikirik. İnflyasiya təzyiqləri hələ zəifdir. Daxili bazarda qiymət artımının güclənməsi üçün dəstəkləyici maliyyələşmə şərtlərinə ehtiyacımız var. İqtisadiyyat tədricən və sağlam şəkildə bütün sektor və ölkələri əhatə edərək davam edir", - deyə ECB sədri bildirib.
"Report"un analitik qrupu bildirir ki, M.Draginin açıqlamaları avrozonada hələ bir müddət monetar ekspansiyanın davam edəcəyini, faizlərin isə minimal səviyyədə qalacağını göstərir. Bu səbəbdən avro dollarla müqayisədə ucuzlaşmağa başlayıb və hazırda 1,1175 USD/EUR səviyyəsində yer alır. Məzənnənin 1,11 USD/EUR səviyyəsinə qədər geriləməsi mümkündür.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.12.2019
Almaniyada 31 avroya satılan nişanı BNA 1840 manata alıb?- Rəsmi açıqlama
29.12.2019
İlin ən yaxşı idman federasiyası məlum oldu - FOTO
26.12.2019
İşdən çıxarılan həkimin şok səs yazısı: “Mən elə şərəfsiz köpək oğlunun...”(AUDİO)
16.12.2019
Prezident İlham Əliyev 2020-ci il dövlət büdcəsini təsdiqləyib
14.12.2019
Yol qəzaları səbəbindən bu rayonlarda qaz təminatı müvəqqəti olaraq dayandırılıb