Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6898

Digər sorğular

Çernobıl əlilləri də müharibə əlilləri kimi eyni hüquq və imtiyazlara malikdir

18:46  |    24 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az -a verilən məlumata görə, Azərbaycanda Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olanlar müharibə əlilləri ilə bərabər hüquq və imtiyazlara malikdirlər.

ƏƏSMN Çernobıl AES-da baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş şəxslərə birdəfəlik maddi yardım ayırıb.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Çernobıl AES-da baş vermiş qəzanın 29-cu ildönümü ilə bağlı olaraq, həmin qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş şəxslərin birdəfəlik maddi yardımla təmin edilməsi üçün vəsait ayırıb. Maddi yardımlar gələn həftə qeyd olunan vətəndaşların bank hesablarına köçürüləcək.

Çernobıl əlillərinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycanda aparılan sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu sahədə işlərə Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyə qayıdışından sonra başlanılıb. Ulu öndərimizin təşəbbüsü əsasında ölkə parlamenti tərəfindən qəbul edilən “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” 6 dekabr 1993-cü il tarixli, 762 nömrəli Azərbaycan Respublikası Qanunu ilə Azərbaycanda ilk dəfə olaraq Çernobıl əlillərinin statusu müəyyənləşdirilib, onlara bir sıra güzəşt və imtiyazlar verilib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial cəhətdən həssas əhali qruplarına diqqət və qayğısı Çernobıl əlillərinin də sosial təminatının ilbəil güclənməsinə imkan yaradıb.

Hazırda sosial qanunvericilikdə Çernobıl əlilləri əlilliklərinin səbəbindən asılı olaraq “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olanlar” və “Çernobıl AES-də qəzanın ləğvi zamanı əlil olanlar” kateqoriyaları üzrə müəyyən olunublar. Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olanlar ölkəmizdə müharibə əlillərinə bərabər tutulan şəxslər kateqoriyasına aid olmaqla, onlarla eyni hüquq və imtiyazlara malikdirlər. Onlar əlilliyə görə sosial müavinət və ya əmək pensiyası almaqla yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri ilə də təmin edilirlər. Hazırda Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olan I qrup əlillərə 150 manat, II qrup əlillərə 130 manat, III qrup əlillərə isə 100 manat məbləğində Prezident təqaüdü ödənilir. Azərbaycan Prezidentinin 17 mart 2014-cü il tarixli Fərmanına əsasən, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verən I qrup əlilliyə görə sosial müavinət alanlara əlavə olaraq ayda 60 manat məbləğində Prezident təqaüdü də verilir.

Çernobıl əlillərinə müalicə üçün ildə bir dəfə olmaqla birdəfəlik müavinət, onların 16 yaşınadək (ümumtəhsil müəssisələrində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə görə isə aylıq sosial müavinət ödənilir. Qeyd olunanlarla yanaşı, ötən dövrdə Çernobıl əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırlması istiqamətində də tədbirlər görülüb, habelə 195 nəfər Çernobıl əlili dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin edilib. Digər əlillərlə bərabər, Çernobıl əlillərinin sanator-kurort putyovkaları, tibbi-sosial reabilitasiya xidməti və s. ilə təmin edilməsi sahəsində də məqsədyönlü işlər aparılır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.06.2020
Müharibə veteranlarına 46 gündən az olmayan məzuniyyət verilməsi təklif olunur
03.06.2020
Azərbaycanda hadisə! Səsini yazıb özünü tövlədə asdı - ƏTRAFLI
02.06.2020
İyun ayında qeyri-iş günlərinin sayı bəlli oldu
01.06.2020
“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq
29.05.2020
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb