Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6712

Digər sorğular

Yunus Oğuz şəhid polkovnik haqqında roman yazacaq

19:15  |    27 May 2017  |   E-mail  |  Çapa göndər

Aprel döyüşlərində şəhid olmuş Milli Qəhrəman Murad Mirzəyev haqqında roman yazılacaq.

Qaziler.az saytı xəbər verir ki, tanınmış yazıçı-publisist, bir neçə tarixi romanların müəllifi Yunus Oğuz Aprel döyüşlərində şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı polkovnik Murad Mirzəyev haqqında bədii tarixi roman yazmağa başlayıb. Bunu Yunus Oğuzla Sabirabadın Muğan Gəncəli kəndində şəhidin ailəsi ilə görüşdə olan Rey Kərimoğlu deyib.

Şəhidin Atası Telman kişi, anası Güllübəyim ana qonaqlara qəhrəmanımızın uşaqlığından, böyüdükcə başına gələn maraqlı hadislər barədə danışıb onlara şəhidin doğulduğu və böyüdüyü evini gəzdiriblər.

O cümlədən şəhidin ailəsi ilə görüşdə tanınmış aktyorumuz Midhat Aydın da olub.

Xatırladaq ki, Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin zabiti olmuş Murad Mirzəyev 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub.

Şəhidimiz 1976-cı ilin 31 mart günündə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Hələ uşaq yaşlarında hərbçi olmaqa can atan Mirzəyev anasının razılığı ilə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1991-1994-cü illərdə bu hərbi liseydə təhsil alan Murad Mirzəyev daha sonra təhsilini Türkiyədə davam etdirib və 1998-ci ildə ali hərbi məktəbi bitirib. Nəticədə Murad Mirzəyev Amerika Birləşmiş Ştatları, Rumıniya və İordaniyada baş tutan hərbi təlimlərə qatılıb.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.02.2020
“Xocalıda cəmi iki nəfər ölüb” xəbəri: Mütəllibovun informasiya xidməti ilə Rəhim Qazıyevin işbirliyi - FOTO
25.02.2020
Türkiyə parlamenti Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı
25.02.2020
Ümumavropa Qarabağ mitinqi: dünya səsimizi eşitdimi - ilginc yanaşmalar
25.02.2020
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb
24.02.2020
Milli Qəhrəman Eldar Məmmədovun şəhid olduğu gündür