Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6563

Digər sorğular

“Türkləri qılıncdan keçirirlər” - Rus diplomatın Moskvaya göndərdiyi qandonduran TELEQRAF

17:49  |    24 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Ermənilərin illərdir məzlum, əzilən xalq donuna girərək, bir çox dövlətlərin də açıq-aşkar dəstəklədiyi “erməni soyqırımı” komediyası davam etməkdədir.

Türkiyə illərdir dünyaya bəyan edir ki, gəlin, arxivləri açaq, qoy sənədlər və faktlar danışsın, biz də faktlara əsasən qərar qəbul edək. Ancaq qarşı tərəfə və onun havadarlarına arxivləri açmaq sərf etmir. Çünki onlardan fərqli olaraq arxiv sənədləri tam əksini deyir.

Bu baxımdan da Mehmet Perincəyin Rus Dövlət arxivlərindən əldə etdiyi sənədlərdə də ermənilərin türklərə etdiyi qətliamlar, elə o zamankı rus hökumət adamlarının və zabitlərinin teleqramlarında da açıq-aydın yazılıb.

“Arxiv ovçusu”u növbəti materialı, Türkiyəyə gedən ilk Sovet elçi heyətinin katibi Y. Y. Upmalın 1920-ci il sentyabrın 14-də Bakıdan Moskvaya göndərdiyi "tam məxfi" qrifli telegrafından bir hissəni təqdim edir:

“Daşnaklar türklərin passivliyinə arxayın olaraq kəndlərə mütəmadi olaraq basqınlar edir və türkləri qılıncdan keçirirlər. Qarakilsə, Sürməli və Kağızman bölgələrinin nümayəndələri gəlib bizdən yardım istədilər. Bölgədəki 105 kənddən sadəcə 35 kiçik dağ kəndi qalıb. Avqust ayında isə həmin kəndlərdən 8-nin camaatını qılıncdan keçiriblər. Onları öz qorumamız altına almamızı, ya da bütün kişilərin hər hansı bir cəbhəyə gedə bilmələri üçün ailələrini başqa yerə köçürməmizi istəyirlər. Daşnaklar sülh danışıqlarının ardından, ermənilərin yerləşdirildiyi sərhəd bölgəsindəki qarışıq kəndlərdə yaşayan müsəlmanları tamamilə yox etmənin planını qururlar. Kağızman bölgəsindəki son qarışıq kənd olan Porinin xalqı da avqustun 20-də qılıncdan keçirildi”.

Rəşad Sahil

Mənbə: Atv.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
Lavrov və sələfləri - onun əvəzlənməsi Azərbaycana fayda gətirərmi?
15.11.2019
Prezident iki rayona 6 milyon manat pul ayırdı
15.11.2019
Prezident İlham Əliyev KAICIID Beynəlxalq Mərkəzinin Baş katibini qəbul edib
15.11.2019
Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib
15.11.2019
Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib