Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6898

Digər sorğular

İyul ayında şəhid ailələrinə və Qarabağ əlillərinə 353 ev veriləcək

17:12  |    24 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bərdədə 4 rayonun sakinlərini qəbul edib. Nazirlikdən QAZİLER.AZ-a verilən məlumata görə, nazir bildirib ki, “Açıq qapı” şəraitində keçirilən qəbul zamanı müraciətlər əsasən mənzil, minik avtomobili ilə təmin olunma, məşğulluğun təminatı, əmək hüquqlarının müdafiəsi, bərpa müalicəsinə köməklik edilməsi və s. məsələləri əhatə edib.

Müraciətlərin cüzi bir qismi ünvanlı dövlət sosial yardımının təyinatı ilə bağlı olub.

S.Müslümov hazırda respublikamızın 53 rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün hər biri 2 və 3 otaqlı mənzillərdən ibarət 353 ədəd fərdi evin inşa olunduğunu və cari ilin iyul ayının sonunadək onların istifadəyə verilməsinin nəzərdə tutulduğunu bildirib.

Həmin evlərdə normal yaşayış üçün bütün şəraitin yaradılacağını nəzər çatdıran S.Müslümov eyni zamanda yaxın vaxtlarda 4 rayonda bu təbəqələrdən olanlar üçün yeni fərdi evlərin inşasına başlanacağını diqqətə çatdırıb.

Nazir digər bölgələr kimi, Bərdə, Ağdam və Ağcabədi rayonlarında da əlil və şəhid ailələrinin mənzilə təminatı sahəsində məqsədyönlü işlərin görüldüyünü bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.06.2020
Müharibə veteranlarına 46 gündən az olmayan məzuniyyət verilməsi təklif olunur
03.06.2020
Azərbaycanda hadisə! Səsini yazıb özünü tövlədə asdı - ƏTRAFLI
02.06.2020
İyun ayında qeyri-iş günlərinin sayı bəlli oldu
01.06.2020
“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq
29.05.2020
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb