Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Mançester stadionunda iki partlayış: - 19 ölü, 59 yaralı - VIDEO

13:03  |    23 May 2017  |   E-mail  |  Çapa göndər

Mançester şəhərinin stadionunda baş verən terrorda yaralananların sayı 59 nəfərə çatıb. Lent.az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, terrorda həlak olan 19 nəfərin çoxu 13-18 yaş arasındadır.


İngiltərənin baş naziri Teresa May ilk açıqlamasında "Bu, qorxunc bir terrordur" ifadəsini işlədib. Hadisənin terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal edilir.

***

04:24

İngiltərənin Mançester şəhərində stadionda keçirilən konsert zamanı baş verən partlayış nəticəsində 19 nəfər ölüb, 50-dək insan yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə Mançester polisinin “Tvitter” səhifəsində bildirilir.

“Hazırda 19 nəfərin öldüyü təsdiqlənib, 50-yə yaxın insan yaralanıb”, məlumatda deyilir.

Polis hadisəni terror aktı kimi qiymətləndirib. Bu, 2005-ci ildə London metrosunda törədilən və 50 nəfərin ölümünə səbəb olan terror aktından sonra ən böyük terror hücumudur.



İnsident “Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı qeydə alınıb. Müğənninin nümayəndəsi Cozef Karrozu onun həyatına təhlükə olmadığını bildirib.

Qeyd edək ki, 21 min nəfərlik tamaşaçı tutumuna malik “Mançester Arena” stadionu 1995-ci ildə istifadəyə verilib.

***

İngiltərənin Mançester şəhərində stadionda baş verən partlayış nəticəsində azı 20 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə NBC telekanalı məlumat verib. Məlumat rəsmi dairələrdə hələ ki, öz təsdiqini tapmayıb.

Məlumata əsasən, partlayış stadionun foyesində baş verib. Konsert zalında partlayış zamanı çox sayda uşaq və yeniyetmələr olub. Hüquq-mühafizə orqanları baş verən insidentin terror aktı olmasını istisna etmir.



İnsident “Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı qeydə alınıb. Müğənninin nümayəndəsi Cozef Karrozu onun həyatına təhlükə olmadığını bildirib.

***

İngiltərənin Mançester şəhərində stadionda baş verən partlayış nəticəsində ölən və yaralananlar var.

APA-nın xəbərinə görə, bu barədə Mançester polisinin “Tvitter” səhifəsində bildirilir.

“Hadisə nəticəsində ölən və yaralananlar var”, məlumatda deyilir. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

İnsident “Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı qeydə alınıb.



İngiltərənin Mançester şəhərində stadionda iki partlayışın baş verdiyi ehtimal edilir.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, insident “Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı qeydə alınıb.

Partlayışlardan sonra stadionda təşviş yaranıb, insanlar stadionu tərk etməyə cəhd ediblər. Hazırda polis insidentin detallarını araşdırır. Hadisə ilə əlaqədar hələ ki, rəsmi məlumat verilmir.

Qeyd edək ki, 21 min nəfərlik tamaşaçı tutumuna malik “Mançester Arena” stadionu 1995-ci ildə istifadəyə verilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Yol polisini təhqir edən sürücüyə 15 sutka həbs cəzası verilib
18.09.2019
Lənkəran, Xırdalan və Bakının Xətai rayonunda qaz təchizatı dayandırılıb
17.09.2019
“KAMAZ” qaz xəttinin dayaqlarını qopardı
16.09.2019
Stalin bir hərf səhvinə görə bütün redaksiyanı güllələtdirib
13.09.2019
Biləsuvarda bir neçə müəssisənin qaz təchizatı dayandırılıb