Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Gənc pianoçumuza Fransada xüsusi mükafat verildi - FOTO

03:50  |    23 May 2017  |   E-mail  |  Çapa göndər


BMT-nin Cenevrə bölməsində Fransada və İsveçrədə həmvətənimiz Adilə Əliyevanın adını daşıyan Pianoçuların 11-ci Beynəlxalq Müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Axşam.az-ın Azərtac-a istinadən məlumatına görə, Azərbaycanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəliyi tərəfindən təşkil edilən tədbir “Millətlər sarayı”nda baş tutub.

Azərbaycan, Çin, Yaponiya, Fransa, İsveçrə, Rusiya, Polşa, Macarıstan və digər ölkələrdən olan 287 pianoçu müsabiqə boyunca 2 təsnifatda – gənclər və peşəkarlar kateqoriyalarında qüvvələrini sınayıblar.

Final mərhələsində pianoçular Bethoven, Şopen kimi dünya şöhrətli bəstəkarların yaradıcılığına müraciət etməklə yanaşı, Azərbaycan bəstəkarlarının əsərlərini də səsləndiriblər.

Münsiflərin qərarı əsasında üç pianoçu gənc iştirakçılar arasından, daha üç nəfər isə peşəkar iştirakçılar arasından seçilərək mükafata layiq görülüblər.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin 11-ci sinif şagirdi Cavid Yusifzadə isə “Gənc ümidlər” nominasiyası üzrə müsabiqənin qalibi olub. O, müsabiqənin xüsusi mükafatına layiq görülüb və "Alfred Korto adina Fransa Normal Musiqi Mektebi"ndə təhsil almaq üçün təqaüd qazanıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Türkiyə kanalı Üzeyir Hacıbəyli haqqında film çəkdi - VİDEO
18.09.2019
Stalinə mahnı oxutduran, Mircəfərə tabut daşıtdıran azərbaycanlı dahi – HƏYAT HEKAYƏTİ
18.09.2019
Şuşalı Üzeyir bəyin Ağcabədidə doğulmasının MARAQLI TARİXÇƏSİ
18.09.2019
Bu gün Milli Musiqi Günüdür
15.09.2019
Üç qadının sevdiyi rejissor...