Nəsibov Mərfət Əhməd oğlu - 22 may 1972-ci ildə Qazax rayonunun Məzəm kəndində dünyaya göz açıb. O, 1979-cu ildə burada məktəbə gedib, 1989-cu ildə isə Aşağı Əskipara kənd orta məktəbini bitirib. 1990-cı ildə Qazax rayon Hərbi Komissarlığının göndərişi ilə sürücülük peşəsinə yiyələnib. Elə həmin il hərbi xidmətə çağrılıb. Sovet Ordusu sıralarınada bir il xidmət etdikdən sonra Vətənə qayıtmış və könüllü olaraq Milli Orduya yazılıb.

1992-ci il yanvar ayının 28- də Nəsibov Mərfət Əhməd oğlunun son döyüşü olur… O, Qazax rayonunun Quşçu Ayrım kəndində gedən mövqe döyüşləri zamanı qəhrəmancasına həlak oldu.
Subay idi.
Azərbaycan Resbublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Nəsibov Mərifət Əhməd oğluna ölümündən sonra “Azərbacanın Milli Qəhrəmanı” adı verilmişdir.
Qazax rayonunun Məzəm kəndində dəfn edilmişdir.
Qazax rayonundakı H. Əliyev adına parkda adına bulaq tikilmişdir.
Sosial şəbəkələrdə paylaş
loading...
Bölməyə aid digər xəbərlər