Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7073

Digər sorğular

Səməd Seyidov: “Avropa Parlamentində Ermənistanla Azərbaycan arasında sülh platformasının həyata keçirilməsinin tərəfdarıyıq

19:00  |    22 May 2017  |   E-mail  |  Çapa göndər

“Ermənistan və Azərbaycan arasında sülh platformasının Avropa Parlamentində və başqa beynəlxalq təşkilatlarda həyata keçirilməsinin tərəfdarıyıq. Bu mesajı həm Avropa Parlamentində, həm təşkilatın buradakı nümayəndə heyəti ilə görüşlərdə, həm də başqa beynəlxalq təşkilatlarda səsləndiririk”.


QAZİLƏR.AZ APA-ya istinadən bildirir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Parlamentinin nümayəndə heyəti ilə birgə keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, ancaq bu münasibətlər qarşılıqlı olmalıdır: “Azərbaycan danışıqlara hazırdır. Qarşı tərəfin razılığının olması isə sual altındadır. Əminəm ki, açıq, sərbəst şəkildə təşkil olunmuş komitələr arasında münasibətlər həm Azərbaycan parlamenti ilə Avropa Parlamentinin əlaqələrini inkişaf etdirəcək, həm də Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağ məsələsi ilə bağlı həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılmasında böyük rol oynayacaq”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.09.2020
“Lüzumsuz ezamiyyətlər və əlaqəli xərclər azaldılmalıdır” - Baş Nazir
23.09.2020
Ağalarovlar külli miqdarda kredit götürdü
23.09.2020
Gələn ilin büdcəsində hərbi xərclərə ciddi artım nəzərdə tutulur
23.09.2020
Baş Nazir büdcə təşkilatlarını tənqid etdi: qiymətlər yüksək göstərilir
22.09.2020
Bakıda 6 avtomobil toqquşub, ölən və yaralılar var