Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6474

Digər sorğular

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yeni hərrac elan edilib

16:55  |    22 May 2017  |   E-mail  |  Çapa göndər

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən iyunun 20-də yeni hərrac elan olunub.

QAZİLƏR.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, hərraca ümumilikdə 193 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyəti, 90-nı kiçik dövlət müəssisə və obyekti, 70-i istifadəsiz qeyri-yaşayış sahəsi və 8-i nəqliyyat vasitəsidir.


Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür:

http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1855

Qeyd edək ki, hərrac barədə informasiyalar komitənin rəsmi internet səhifəsi, Özəlləşdirmə portalı (privatization.az) və facebook səhifəsində yerləşdirilib. Mütəmadi yenilənən bu internet resursları vasitəsilə həm hərraca çıxarılan və həm də baş tutmuş hərraclarda satılmış əmlaklar haqqında məlumat almaq mümkündür. Sifarişçi portal vasitəsilə hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları ilə tanış ola bilər.

Hərracda əmlak sahibi olmaq istəyən vətəndaşın cəmi 2 sadə proseduru yerinə yetirməsi kifayətdir. Birinci mərhələdə komitənin elektron xidmətlər portalı vasitəsilə sifariş verilir, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10 faizi məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanılır. Qeyd edilməlidir ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakıda, Zaqatala, Şəki, Yevlax, Şəmkir, Balakən və digər rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Binəqədi Əmlak Kompleksi, Bakının Sabunçu rayonunda yerləşən Yardımçı Təsərrüfat, Balakən Əmlak Kompleksi kimi iri dövlət əmlakları var.

Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Binəqədi Əmlak Kompleksidir. 900 min manata təklif olunan müəssisənin torpaq sahəsi 2853,4 kvadratmetr, ümumi faydalı sahəsi isə 838,3 kvadratmetrdir. Bundan başqa Balakən Əmlak Kompleksi 550 min manata, paytaxtın Sabunçu rayonunda yerləşən Yardımçı Təsərrüfat 542 min 500 manata hərraca çıxarılıb. Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 65-i paytaxtda, qalanları isə Sumqayıt və Şirvan şəhərlərində yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Səbail rayonunda yerləşən qeyri-yaşayış binasına təklif olunub. Belə ki, bu əmlak 250 min manat start qiyməti ilə hərraca çıxarılıb. Həmin əmlakın ümumi faydalı sahəsi 600 kvadratmetr təşkil edir. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 10 kvadratmetr ilə 600 kvadratmetr arasında dəyişir. Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan paytaxtın Yasamal rayonunda yerləşən, sahəsi 47,4 kvadratmetr olan qeyri yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 4 min 500 manat təşkil edir. Həmçinin Bakının Xətai rayonunda yerləşən sahəsi 11 kvadratmetr, ilkin start qiyməti isə 3 min 750 manat təşkil edən qeyri-yaşayış sahəsini də bu kateqoriyaya aid etmək olar. Hərracda özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Qax Taxıl”, “Saatlı Broyler”, “Ağdaş Quşçuluq”, “Boradigah Çay-2”, “Yevlax Kəndnəqliyyat”, “İmişli Yağ Pendir” kimi səhmdar cəmiyyətlər var.

Hərraca çıxarılan 8 nəqliyyat vasitəsinin qiyməti isə 461 manatla 4 min 50 manat arasında dəyişir. Özəlləşdirilən nəqliyyat vasitələrinin markaları da müxtəlifdir. Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
“KAMAZ” qaz xəttinin dayaqlarını qopardı
16.09.2019
Stalin bir hərf səhvinə görə bütün redaksiyanı güllələtdirib
13.09.2019
Biləsuvarda bir neçə müəssisənin qaz təchizatı dayandırılıb
13.09.2019
Ucar, Zərdab, Cəlilabad və Lənkəranda qaz təchizatı dayandırılıb
12.09.2019
“Məişət zorakılığına qarşı mübarizəyə ictimai dəstək” adlı layihənin icrasına başlanıb