Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6570

Digər sorğular

Azərbaycanda “exchange“ açmaq istəyənlərin NƏZƏRİNƏ

22:03  |    21 May 2017  |   E-mail  |  Çapa göndər

Prezident İlham Əliyev valyutadəyişmə fəaliyyətinin tənzimlənməsi ilə bağlı fərman imzalayıb. Lent.az xəbər verir ki, həmin fərmanla valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunacaq girovun məbləği müəyyənləşdirilib.

"Exchange" fəaliyyətinə lisenziya almaq istəyən şəxslər müvəkkil bankda xüsusi hesaba müəyyən olunmuş məbləğdə həm milli valyutada, həm də ABŞ dollarında girov vəsaiti yerləşdirməlidirlər.

Girov vəsaitinin məbləği regionlar üzrə fərqlənir: Bakı şəhərində - 50 min manat və 50 min ABŞ dolları, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində - 25 min manat və 25 min ABŞ dolları, digər şəhər və rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında - 10 min manat və 10 min ABŞ dolları.

Xatırladaq ki, valyuta mübadiləsi ilə məşğul olan şəxs lisenziyanın alınması üçün müraciət edərkən Vergilər Nazirliyindən dövlət büdcəsinə borcu və digər öhdəliyi olmadığı barədə arayış, təsisçinin (təsisçilərin) iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə məhkumluğunun olmaması haqqında Daxili İşlər Nazirliyindən arayış təqdim etməlidir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.11.2019
Vəzifədən çıxarılan nazirlər indi nə işlə məşğuldur? (SİYAHI)
20.11.2019
Müharibə veteranına “Azərbaycan Bayrağı” ordeni təqdim olunub
20.11.2019
Sumqayıtın inkişafında xidmətləri olan şəxslər təltif edilib- SİYAHI
20.11.2019
 Mikayıl Cabbarova daha bir vəzifə verildi - Video
20.11.2019
Şəhid ailələri və Qarabağ əlillərinə daha 50 mənzil verildi