Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6575

Digər sorğular

İdmançılara verilən pul mükafatlarına fərqli yanaşmalar...

20:17  |    20 May 2017  |   E-mail  |  Çapa göndər

Bakıda hazırda keçirilməkdə olan IV İslam Həmrəyliyi Oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6 000 yaxın idmançısı mübarizə aparır. Ölkə başçısının sərəncamına uyğun olaraq Azərbaycandan yarışlarda birinci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat; ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat; üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat veriləcək.

Qalib idmançılara qeyd olunan məbləğdə mükafatların verilməsi, ictimaiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, sosial şəbəkələrdə insanların bir qismi bildirirlər ki, idmançılar bu mərhələyə qədər xeyli əziyyət çəkirlər, ölkənin bayrağını xaricdə tanıdırlar. Ona görə də bu mükafata layiqdirlər. Digər bir qisim isə hesab edir ki, hökumət bu qədər vəsaiti idmançılara xərcləmək yerinə gənclərin təhsilinə, evsizlərin mənzillə təmin olunmasına və digər bu kimi sosial layihələrə pul ayıra bilərdi.

Deputat Fərəc Quliyev mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, Azərbaycanda təhsilə və digər sahələr də pul ayrılır: “Bu məsələlərin bir-birinə aidiyyəti yoxdur. Bunlar müxtəlif sahələrdir. Belə tədbirlərin keçirilməsi də çox vacib şərtlərdən biridir. Oyunlarda 50-dən çox dövlətin idmançılarının iştirak etməsi onu göstərir ki, bu, təkcə idman tədbiri deyil, həmçinin siyasi əhəmiyyət də kəsb edir. Eyni zamanda gələcəkdə həmin dövlətlərin bura investisiya qoyması, turizmin inkişafı üçün baza yaranır. Yəni iqtisadi planda da bu tədbirlərin əhəmiyyəti var. Bundan başqa gələn insanlarla danışıqlar aparılır, Azərbaycanın həqiqətlərinin çatdırılması istiqamətində işlər aparılır. Azərbaycan bu cür tədbirlərdən çəkinməklə təcrid siyasətinə əl qoymuş olar. Biz, indi daha çox bu dövlətlərlə inteqrasiya haqqında düşünməli, yeni bazarlar axtarmalıyıq. Ola bilər ki, bu vəsaitlərin başqa yerlərə, sahələrə xərclənməsi ilə bağlı çağırışlar olsun. Bunu da başa düşmək olar. Çünki çətin dövrdür. Ancaq qeyd etdiyim kimi bu cür tədbirlərdən də imtina etmək olmaz”.

Jurnalist Rey Kərimoğlu isə hesab edir ki, şəhidlərin qan pulunun verilməsi də gündəmdə olmalıdır: “İdmanın əleyhinə deyiləm. Çünki idman da mədəniyyətin bir növüdür və insanlar arasında əlaqələrin daha da yaxşılaşdırılmasına xidmət edir. İslam oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycan üçün böyük bir addımdır və burada mükafatlandırma da vacib haldır. Ancaq bir məsələ var ki, 20 ildir ki, ölkədə şəhidlərimizin qan pulu verilmir. Hər bir şəhidə 11 min manat pul düşürdü ki, bu da heç də Azərbaycan üçün böyük vəsait deyildi. Ona görə verilmədi ki, yaramaz məmurlar, müəyyən adamlar vaxtında bunu normal şəkildə prezidentə çatdırmadılar. Biz bu məsələni hər cür formada qabartdıq, ancaq heç bir nəticəsi olmadı. Eləcə də əlillərin də mənzil problemi tam olaraq həllini tapmadı. Bütün bunlar yaxşı hal deyil. Şəhidlərin qan pulu nə üçün verilmir? Doğrudur, idmançılar da yarışırlar, əziyyət çəkirlər, bayrağımızı qaldırırlar. Ancaq şəhidlər də bu torpaq üçün canlarını qoyublar axı. Başa düşürük ki, bu yarışmalar Azərbaycan üçün vacibdir. Ancaq qeyd etdiyimiz problemin həlli də vacibdir axı”.

Politoloq Mübariz Əhmədoğlu isə qeyd edib ki, cəmiyyətin savad səviyyəsində geriləmə açıq şəkildə hiss olunur: “Ona görə də bəzi məsələləri olduğu kimi dəyərləndirə bilmirik. İslam oyunları Azərbaycan və islam dünyası üçün çox vacib hadisədir. Qərb sivilizasiyası sübut edir ki, qarşıdurma olmadan yaşaya bilməz. Uzun illər SSRİ-yə qarşı mübarizə aparırdılar, indi isə bu yerə islam dünyasını qoyublar. Belə vəziyyətdə Azərbaycanın bu boyda məsuliyyəti boyun götürməsi, bizim üçün çox risklidir. Azərbaycan öz gücünə arxayın olduğu üçün bu oyunları keçirdi. Məqsəd həmçinin Qərblə Şərqi yaxınlaşdırmaqdır. İslam ölkələrinin çoxu Avropaya həsəd aparırdılar. İndi gəlib gördülər ki, Azərbaycan heç də Avropadan geri qalmayıb. Bu, həm də turizm baxımından bizim üçün faydalıdır. İslamiada dövründə ermənilərin qoşunların təmas xəttində dəfələrlə təxribata əl atmaları heç də təsadüfü deyil. Diplomatiyanın, siyasətin alt qatında bu oyunları Azərbaycanın islam dünyasını toplayıb, xristian dünyasının üzərinə hücuma keçməsi kimi təqdim edirlər. İdmançılara verilən pula deyilən sözə gəlincə isə düşünürəm ki, bu doğru deyil. İri məbləğlər yalnız bu cür böyük yarışlarda verilir. Biz nə üçün bu oyunları Olimpiadadan fərqləndirməliyik? O idmançıların haqqında oxusalar görərlər ki, onların hamısı öz əziyyətləri ilə bur mərhələyə gəliblər. Onlar çox böyük çətinliklər görüb, kasıb ailədən çıxıblar. Bu gün də əməklərinin hesabına yüksək yerləri tuturlar və bu məbləği haqq edirlər. Bu pul onlara halaldır. Ancaq idmançılarımızın saqqal saxlamalarını, dini atributlardan istifadə etmələrini doğru saymıram”.

Musavat.com
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.11.2019
İstirahət günləri üçün hava proqnozu
22.11.2019
Culfa-Ordubad avtomobil yolunun yenidən qurulmasına 34,3 milyon manat ayırıldı
22.11.2019
Elçin Əlibəylinin xanımı tərəfindən “döyülməsinə” rəsmi münasibət
22.11.2019
Əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsi məqsədilə vəsait ayrıldı - SƏRƏNCAM
22.11.2019
Sabahın hava proqnozu açıqlanıb