Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6949

Digər sorğular

Sabah yağış yağacaq, şimşək çaxacaq

18:15  |    20 May 2017  |   E-mail  |  Çapa göndər

İstirahət günü Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Qaziler.az-a verilən məlumata görə, mayın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 20-24° isti, Bakıda gecə 14-16° isti, gündüz 21-23° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacağı gözlənilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.07.2020
Karantin dövründə Qurban bayramı necə olacaq? - VİDEO
09.07.2020
Azərbaycanda reanimasiyada olan koronaviruslu xəstələrin sayı açıqlanıb
09.07.2020
Cəzaçəkmə müəssisəsinə narkotik maddələrin keçirilməsinin qarşısı alınıb
09.07.2020
Azərbaycanda koronavirusa daha 548 yoluxma qeydə alınıb, 10 nəfər vəfat edib
09.07.2020
Nazirlər Kabinetindən sürücülərlə bağlı QƏRAR