Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6571

Digər sorğular

Sükan arxasında qayda pozaraq görüntüləri yayan sürücülər həbs edilə bilər - VİDEO

03:01  |    20 May 2017  |   E-mail  |  Çapa göndər


Sükan arxasında qayda pozaraq görüntüləri sosial şəbəkələrdə yayan sürücülər, hətta buna görə həbs də edilə bilərlər.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bu il ərzində 18 sürücü sosial şəbəkədə yayılan görüntülər əsasinda məsuliyyətə cəlb edilib. Belə pozuntulara daha çox yol verənlər isə adətən tanınmışlar olur.
Xezerxeber.az məlumat verir ki, əsasən də tanınmış insanlar sükanı azyaşlı uşağa verir, təhlükəsizlik kəmərini taxmır, yaxud xüsusi vasitə olmadan ön oturacaqda uşaq əyləşdirirlər.
Belə görüntülər əsasən də məşhurlar tərəfindən tez-tez sosial şəbəkələrdə paylaşılır. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bu görüntülərin hər biri araşdırılır və onu törədən sürücülər cərimələnir.
Belə görüntülər vasitəsilə hətta xətanı törədən sürücü həbs də edilə bilər. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, belə faktlar dəfələrlə qeydə alınıb və xətanı törədənlər həbs edilib.
Bölmə rəisinin sözlərinə görə, edilmiş xətaların sosial şəbəkələr vasitəsilə yayılması halları ən çox məşhurlar arasında baş verir ki, bu da təəssüfləndirici faktdır. Çünki həmin şəxslər öz hərəkətləri ilə cəmiyyətə örnək olmalıdırlar.
Vaqif Əsədov deyir ki, hətta film və klip çəkilişlərində belə icazə alınıb, təhlükəsizlik təmin edilmədən qayda pozan şəxslər də cərimə olunacaqlar.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.11.2019
"Qazilərin sığorta pulu verilməlidir" - Firidun Məmmədov
21.11.2019
Ombudsman: "Boşanmış ailələrdə uşaqlar zorakılığa məruz qalırlar"
20.11.2019
Vəzifədən çıxarılan nazirlər indi nə işlə məşğuldur? (SİYAHI)
20.11.2019
Müharibə veteranına “Azərbaycan Bayrağı” ordeni təqdim olunub
20.11.2019
Sumqayıtın inkişafında xidmətləri olan şəxslər təltif edilib- SİYAHI