Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6598

Digər sorğular

İranda səsvermənin vaxtı uzadılıb

23:16  |    19 May 2017  |   E-mail  |  Çapa göndər


İranda prezident seçkiləri ilə bağlı səsvermənin saat 18:00-da başa çatması nəzərdə tutulsa da, müddət axşam saat 20:00-dək uzadılıb.

APA-nın Tehran müxbirinin xəbərinə görə, səbəb arzu edənlərin hamısının səsvermədə iştirakını və rahat səs verə bilməsini təmin etməkdir.

Bu gün Tehran şəhərinin bir çox seçki məntəqələrində uzun növbələr yaranıb. Hətta bülletenlər çatmayıb və insanlar səs vermək üçün gözləməli olub.

Daxili işlər naziri Rəhmani Fəzli bildirib ki, seçkilərin nəticələri elan olunduqdan sonra 3 gün müddətində namizədlər etiraz edə bilər. Etirazları Konstitusiyaya Nəzarət Şurası araşdıracaq. Nazir deyib ki, seçki prosesində təhlükəsizlik baxımından heç bir problem yaranmayıb.

Qeyd edək ki, əhalinin aktivliyinin 70 faizdən çox olacağı gözlənilir. İranda 56 milyon 410 min nəfər səsvermə hüququna malikdir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.12.2019
Gürcüstanda "donuz qripi"nə yoluxma halı qeydə alınıb
09.12.2019
Parisdə “Normandiya dördlüyü”nün görüşü olacaq
09.12.2019
Parisdə “Normandiya dördlüyü”nün görüşü olacaq
09.12.2019
Putinin nüvə çantasının görüntüləri yayıldı – VİDEO, FOTO
09.12.2019
Paşinyan özünü Saakaşviliyə bənzətməyə çalışır