Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6894

Digər sorğular

Ən zərərli sosial şəbəkə məlum oldu

20:37  |    19 May 2017  |   E-mail  |  Çapa göndər

Böyük Britaniya alimləri “İnstagram”ın insan sağlamlığı üçün ən təhlükəli sosial şəbəkə olduğunu müəyyənləşdiriblər.

İKT.lent.az-ın xəbərinə görə, bu barədə İctimai Sağlamlıq üzrə Kral Cəmiyyətinin (RSPH) və Gənclərin Sağlamlığı üzrə Hərəkatın hesabatında deyilir.

Sosial şəbəkələrin gənclərə zərərləri barədə aparılan araşdırma zamanı 14 yaşdan 24 yaşa qədər 1479 nəfərlə sorğu keçirilib. Gənclərdən sevdikləri sosial şəbəkələr və onlardan istifadənin nəticələri barədə nə düşündükləri soruşulub. Hər şəbəkəni bir sıra açar sözlər (yalnızlıq, depressiya, həyəcan, ələsalma, zahiri imicin formalaşdırılması) üzrə qiymətləndirmək təklif olunub. Ümumilikdə respondentlərə 14 sual ünvanlanıb.

Tədqiqat çərçivəsində “YouTube”, “Instagram”, “Snapchat”, “Facebook” və “Twitter” araşdırılıb. Siyahıda ən müsbət imicə malik olan sosial şəbəkə “YouTube” olub. Bu xidmət gənclərə ən pozitiv təsir göstərən xidmətdir. Sonra “Twitter” və “Facebook” gəlir. “Snapchat” və “Instagram“ ən pis qiymətləndirilən sosial şəbəkələr olublar.
Araşdırma müəllifləri 16-24 yaş arası gənclərin 91%-nin sosial şəbəkələrdən istifadə etdiyini bildiriblər. “Sosial şəbəkələr asılılıq baxımından siqaret və alkoqoldan daha təhlükəlidir. Gənclər arasında depressiya və həyəcan hissinin səviyyəsi son 25 ildə 70% artıb”, - deyə hesabatda qeyd olunur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
“Rəqs edən” ayının görüntüləri güldürdü - VİDEO
28.05.2020
İngiltərədə dördyaşlı vunderkind üç dildə yazmağı öyrənib - FOTO
25.05.2020
Ölmüş yaxınlarımızı niyə yuxuda görürük? - Bunu bilməlisiniz
22.05.2020
İnsanlara İBRƏT: Qarğa kirpini belə xilas etdi - VİDEO
15.05.2020
Koronavirusu aşkarlayan sensorlu maska hazırlanır