Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

Milli Qəhrəmanın adını daşıyan parkın təmirinə vəsait yoxdur – RƏSMİ

16:40  |    19 May 2017  |   E-mail  |  Çapa göndər

“Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Azərbaycanın Milli Qəhrəmanı, şəhid Cavanşir Rəhimovun adını daşıyan parkın ərazisində abadlıq işləri aparmaq, şəhidin büstünün yenilənməsi üçün hazırda vəsait yoxdur.

Vəsait ayrılan kimi təmir işləri davam etdiriləcək”.

Bu sözləri Suraxanı rayon icra hakimiyyətinin rəsmisi Zaur Əhmədov QAZİLER.AZ-ın əməkdaşı ilə söhbətində deyib.

O, bildirib ki, əvvəllər müəyyən qədər vəsait ayrılıb, amma bu vəsait işi tam yekunlaşdırmağa imkan verməyib: “Qəsəbələrin sosial-iqtisadi inkişafı dövlət proqramında o məsələ nəzərdə tutulub və vəsait ayrıldı. Müəyyən qədər iş görüldü, amma tam bitirməyə vəsait çatmadı. Bu bizim də ağrılı yerimizdir. Dövlət vəsait ayırmalıdır. Bu yaxınlarda, on gün olar, bizdən tikintisi yarımçıq qalmış belə parklarla bağlı məlumat istənildi. İcra hakimiyyəti tərəfindən bu məlumatlar müvafiq quruma ötürülüb. Ümid edirik ki, vəsait ayrılacaq və iş sona çatdırılacaq.”

Ərazinin satılması məsələsinə gəldik də isə, icra hakimiyyətinin rəsmisi bildirdi ki, bu yalan söhbətdir: “Heç ilin günün bu vaxtında parkı satmaq olar! Yayılan söhbətlər yalandır”.

Xatırladaq ki, QAZİLER.AZ saytı Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Azərbaycanın Milli Qəhrəmanı, şəhid Cavanşir Rəhimovun adını daşıyan parkın ərazisinə işbazların göz tikdiyini yazmışdı (Yazının linki). Bununla bağlı redaksiyamız müraciət edən şəxslər abadlıq adı ilə parkın bir hissəsini yaşayış binası və şadlıq sarayı tikilməsi üçün satmaq istədiklərini bildirmişdilər.

Ərazidə olan əməkdaşlarımız parkın bərbad vəziyyətdə, şəhid qəhrəmanın büstünün ətrafının isə uçub dağıldığının şahidi olubdur. Baxımsız qalmış parkda ağacların quruyub aşdığını, ərazidə at otladığını da görüb və lentə alıbdır.

Yazı yayılandan sonra oxucularımız redaksiyamıza zəng edərək, gələrək digər maraqlı və insanı heyrətləndirəcək məlumatlar verdilər. Sən demə, bəzi dəllallar şəhid və milli qəhrəmanın adına parkı abadlıq adi ilə söküb dağıdıb, yerində isə əyləncə mərkəzi tikmək istəyirlər. Özü də bu işin arxasında Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov dayanır.

Bir neçə il əvvəl istəyiblər işə başlasınlar, lakin yerli əhalinin etirazından sonra məsələ dayanıb. İndi isə yenidən öz çirkin niyyətlərini həyata keçirməyə çalışırlar.

Dəfələrlə Suraxanı rayon icra hakimiyyətinin rəsmi saytında göstərilən telefonlarla ilə əlaqə saxlamaq istədik. Amma zənglərimizə cavab verən olmadı. Bu gün məcbur olub, rəsmilərin mobil telefonu vasitəsi ilə əlaqə saxladıq.

Mövzunu diqqətdə saxlayacağıq.

QAZİLER.AZ
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.11.2019
Oqtay Əsədov Sahil Babayevə: "Yerlibazlıq edib sənə imkan yaratdıq..."
13.11.2019
Prezident İlham Əliyev “Azərsu” ASC-yə 5 milyon manat ayırıb
13.11.2019
Oqtay Gülalıyevin vəziyyəti ağırlaşdı
13.11.2019
Şəhid ailəsinin bank girovluğunda olan evi Birinci vitse-prezidentin tapşırığı ilə geri qaytarılıb - FOTO
13.11.2019
Sağlamlıq imkanları məhdud uşağa müavinət və ona qulluq edənə təqaüdün təyinatı elektronlaşdırıldı