Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6896

Digər sorğular

Trampa görə milyardlar itirdilər - Zukerberq, Geyts, Bezos...

15:00  |    18 May 2017  |   E-mail  |  Çapa göndər

Mayın 17-də dünyanın ən zəngin 500 adamı (Top-500) ABŞ-da prezident Donald Tramp ətrafındakı siyasi qalmaqalla əlaqədar 35 milyard dollar itirib.


İKT.lent.az-ın xəbərinə görə, bu barədə “Bloomberg” məlumat yayıb.

ABŞ fond birjalarında indekslər son 8 ayın ən aşağı səviyyəsinə düşüb. Texnoloji sahədə fəaliyyət göstərən şirkətlərdən “Microsoft”un səhmlərinin dəyəri 2,8% azalıb, korporasiyanın rəhbəri Bill Geyts 1 milyard dollar itirib. “Amazon”un səhmləri 2,2% ucuzlaşıb, şirkətin yaradıcısı Ceff Bezos 1,7 milyard dollar itirib.

“Top-500”də ən çox pul itirən “Facebook”un qurucusu Mark Zukerberq olub. Sosial şəbəkənin səhmləri 3,3% ucuzlaşıb, nəticədə Zukerberq 2 milyard dollar itkiyə məruz qalıb.

Valyuta analitiki Li Hardmanın fikrincə, indekslərin düşməsi onu göstərir ki, Tramp administrasiyası ABŞ-da ciddi iqtisadi artımı təmin edə bilməyəcək.

ABŞ fond birjalarındakı vəziyyət Avropa və Asiya indekslərinə də mənfi təsir edib.

Qeyd edək ki, Donald Tramp Federal Təhqiqatlar Bürosunun (FBİ) rəhbəri Ceyms Komini vəzifədən uzaqlaşdırdıqdan sonra ABŞ-da ciddi qalmaqal başlayıb. “The New York Times” yazıb ki, D. Tramp fevral ayında C. Komi ilə görüşündə ondan prezidentin mili təhlükəsizlik üzrə müşaviri Maykl Flinn barədə təhqiqatı dayandırmasını istəyib. Bu isə ədalət mühakiməsinə müdaxilə deməkdir və ABŞ qanunvericiliyinə görə cinayət sayılır. Qalmaqalın dərinləşməsindən sonra ABŞ ədliyyə nazirinin (baş prokurorun) müavini Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsini və Trampın Rusiya ilə əlaqələrini araşdırmaq üçün xüsusi prokuror təyin edib. Bu vəzifəyə təyin olunan FBİ-ın sabiq rəhbəri Robert Müller hər hansı vəzifəli şəxsə və dövlət orqanına tabe olmadan müstəqil şəkildə təhqiqat aparacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
“Rəqs edən” ayının görüntüləri güldürdü - VİDEO
28.05.2020
İngiltərədə dördyaşlı vunderkind üç dildə yazmağı öyrənib - FOTO
25.05.2020
Ölmüş yaxınlarımızı niyə yuxuda görürük? - Bunu bilməlisiniz
22.05.2020
İnsanlara İBRƏT: Qarğa kirpini belə xilas etdi - VİDEO
15.05.2020
Koronavirusu aşkarlayan sensorlu maska hazırlanır