Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

“Laçındakı evimizdə anam daha qollarını açıb məni qucaqlamayacaq”- “Laçınsızlıq-25”

03:57  |    18 May 2017  |   E-mail  |  Çapa göndər


Laçının işğalının növbəti idönümüdür.

Laçının işğalının növbəti idönümüdür. Nə az, nə çox, artıq 25 ildir ki, laçınlılar öz dogma yurd-yuvalarına, təbiət möcüzəsi olan kənd-kəsəklərinə, dağ-dərələrinə gedə bilmirlər. 1992-ci il 18 may tarixindən etibarən, bütün laçınlılar həm də sanki öz sehrlərini itirmiş halda yaşayırlar.
Bəs, laçınsızlıq onlardan başqa nəyi aldı?

Moderator.az saytının bu ağrı-acılı sualına Laçın torpağının suyunu içmiş iki tanınmış yazar Fəxri Uğurlu və İlham Qəhrəman çox kövrək cavablar veriblər:


Əvvəlcə Laçın folklorunun araşdırıcısı, tanınmış şair İlham Qəhrəmanın nisgilinə qulaq verək:

“1978-ci ildən Bakıda yaşasam da, Laçına tez-tez gedirdim. Ən əvvəl Bakıdan Laçına gedən yolları yadırğadım. Bir də heç vaxt Laçındakı evimizin doqqazından anam qollarını açıb üstümə gələ bilməyəcək. İtimiz ayaqlarıma düşüb sevincindən zingildəməyəcək. Çamadanı açıb apardığım oğul payını evin ortasına tökməyəcəm. Kəndin qənşərindəki təpədən qonşu kəndin təklifçisi (ona elçi də deyirlər) papaq edib bütün kəndi öz kəndlərindəki toya dəvət edən gün yenə olacaqmı?! Qoluna qırmızı bağlayıb toya gələn hər kəsi öz havasına oynadan toy padşahlarını bir də görə biləcəyəmmi?! Həyətimizdəki qara tutun budağını əyib barından dadmaq qismət olacaqmı?! Yenə qonşular uzun qış gecələri söhbət etmək üçün bizə gələcəklərmi?! Həkəridə qarmaq salladığım, Mərkizdə ot çaldığım, uşaq vaxtı dovğa qazanını bulalamaq üçün anamın “qadanalımla” oxlovu mənə verib özünün xəmir yoğurmağa oturduğu günləri necə unudum?! Şəhərə çıxan kimi mərkəzi küçəni bir dəfə o baş-bu baş gedib-gəlməsəm, toxdamazdım. Nurunun çayxanasında stol əvəzi kötüyün üstə tay-tuşlarla çay içmək, güclü yumor hissi olan kişilərdən təzə gülməcə eşitmək şəhərin başındakı radiodan günün siyasi xəbərlərini eşitmək qədər maraqlı olurdu. Axşamlar kino olacağını bildirmək üçün kinoteatrdan Qədir Rüstəmovun, Süleyman Abdullayevin, Sabir Mirzəyevin ifaları ucalardı. Mənə görə o ifalar Laçında daşa-qayaya hopub qalıblar və onlar bizi səsləyir. Elə Laçınlı Fatma nənənin (Alxaslı yatağı) bayatısında olduğu kimi:
At aldım minəm deyin,
Don aldım geyəm deyin,
Laçın haraylar bizi,
Çağırır yiyəm deyin”.



Tanınmış yazar Fəxri Uğurlunun da cavabı çox orijinaldır. Laçınsızlığın ondan bir yazıçı kimi aldıqlarını bizə də danışır:

“Laçınsızlıq bizdən ruhumuzu aldı. Ruhsuz qaldıq, ruhsuz cisim, ruhsuz bədən olduq. Uşaqlıqdan bir ayağımız Laçında olub, getmişik-gəlmişik. Ruhumun nə zəngillikləri varsa, hamısını o torpaqlardan almışam. Təbiətlə birbaşa ünsiyyətdə olmuşam. Elin-elatın bir-birinə ən idillik, ən antik münasibətlərini görmüşəm. Hərdən zarafatla deyirəm ki, kəndimizdə ibtidai icma quruluşunu görmüşəm. Çünki bizim kənddə doğrudan da, hələ feodal münasibətləri bir o qədər formalaşmamışdı. İnsanlar bir el, bir elat kimi bir-biri ilə o qədər mehriban, o qədər bir idilər ki… Ucqar dağ kəndi idi, amma evlərin arasında hasar da yox idi. Birinin başı ağrıyan kimi hamı tökülüşərdi. İndi təsəvvür elə ki, belə insani münasibətlər sistemindən çıxıb birdən-birə şəhərə düşürsən. Tamam ayrı münasibətləri sistemində özümüzü necə hiss edərdik ki?! Laçın bizim nəfəsliyimiz idi. Şəhərdən darıxanda, sıxılanda kəndə qaçardıq. El içində olurduq, elin ləhcəsini, danışığını koloritini oksigen kimi udub qayıdırdıq. Laçında sivilizasiyanın yeli dəyməmiş canlı dil var idi. Qədimlərdən yüz illərdən qalmışdı. Bundan sonra onu haradan tapacağıq?! Bax, bu çox çətin sualdı. Bir yaradıcı adam üçün bu çox böyük itkidir. Bu, yalnız torpaq itkisi, fiziki-maddi mənada itki deyil. Bu, həm də böyük mənəvi itkidir. Bir dəfə “Vətənim adamlar” yazısında da bu haqda yazmışdım. Laçın birinci dəfə işğal olunanda Kəlbəcər yolu açıq idi. Mən o zaman kəndə getdim. Əhali kəndi tərk etmişdi. Bir neçə nəfər cavab-cayıl var idi. O zaman mənə dogma olan yerlərdə qarış-qarış gəzirdim. Amma görürdüm ki, bu doöğma yerlər mənə qərib gəlir, özümü burada ğzgə hiss edirəm. Onda anladım ki, vərən ilk növbədə insanlar imiş. İnsnalar olmayandan sonra Vətən də olmur. Bütün o daş-torlaq dağ-dərə, coğrasi-fiziki olanlaırn hamısı insanların sadəcə, fonudur. İnsan olmayandan sonra onlar da adama qürbət kimi görünür”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
İran səfirliyi: “Dağlıq Qarabağ” komandasının erməni idman olimpiadasında iştirakına icazə verilməyib
18.09.2019
Azərbaycan MN: Düşmən atəşkəs rejiminə əməl etmir
17.09.2019
Bakıdan müharibə anonsu - hazırlıqlar bitir...
17.09.2019
Ermənistan silahlı bölmələri atəşkəsi 22 dəfə pozub
16.09.2019
Vətənsizliyin 26-cı sinfində oxuyanlar – Qarabağın ağ-qaralı “Bilik günü” - VİDEO