Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6574

Digər sorğular

İlham Əliyev “Beynəlxalq Dostluq və Sülh Mükafatı”na layiq görülüb

22:33  |    23 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Ankarada Türkiyənin bir çox nüfuzlu jurnalist təşkilatını öz sıralarında birləşdirən Media İxtisas Jurnalistləri Federasiyasının 2014-cü il üçün müəyyən etdiyi mükafatların təqdimatı ilə bağlı mərasim keçirilib.

QAZİLER.AZ AzərTAC-a istinadən məlumat verir ki, tədbirdə Türkiyə parlamentinin üzvləri, nüfuzlu siyasətçilər, elm adamları, jurnalistlər, qeyri-hökumət təşkilatlarının rəhbərləri, Ankarada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Media İxtisas Jurnalistləri Federasiyasının sədri Kənan Macit bildirib ki, müxtəlif sahələr üzrə mükafatların sahibləri nüfuzlu münsiflər heyəti tərəfindən müəyyən edilib.

Son illərdə bütün sahələrdə böyük uğurlar əldə edən prezident İlham Əliyev “Beynəlxalq Dostluq və Sülh Mükafatı”na layiq görülüb.

Qeyd edilib ki, Azərbaycan iqtisadi sahədə ciddi uğurlar qazanmaqla yanaşı, beynəlxalq strateji tərəfdaşlıqla bağlı yeni sazişlər imzalayaraq, sistemli və düşünülmüş xarici siyasət yürütdüyünü nümayiş etdirir.

Azərbaycan prezidentinin layiq görüldüyü nüfuzlu mükafat Azərbaycanın Ankaradakı səfirliyinin müşaviri Ceyhun Zeynalova təqdim edilib.

Xatırladaq ki, “Beynəlxalq Dostluq və Sülh Mükafatı”na layiq görülənlər arasında Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Albaniyanın baş naziri Edi Rama da var.

Mərasimdə Türkiyədə elm, siyasət, biznes, jurnalistika və digər sahələrdə böyük uğurlar əldə edən nüfuzlu şəxslərə və qurumlara da Federasiyanın mükafatları təqdim edilib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.11.2019
Diplomatik pasportu olan Ata Abdullayevi Paşinyana yalvarmağa kim göndərmişdi?
21.11.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21.11.2019
Azərbaycan XİN Nikol Paşinyanın Milandakı çıxışına münasibət bildirib
21.11.2019
Sofiyada ermənilərin daha bir təxribatının qarşısı alınıb
21.11.2019
"Ata Abdullayevi ora göndərənlər Azərbaycanın nüfuzuna böyük zərbə vurdular"