Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6880

Digər sorğular

“Açıq Hökumət Məlumatları” portalına yeni məlumat bazaları əlavə olunub

22:06  |    23 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Qaziler.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən bildirir ki, cari ilin əvvəlində vətəndaşların istifadəsinə verilmiş “data.gov.az” “Açıq Hökumət Məlumatları” portalında hazırda 20-dən artıq məlumat bazası açıq elan edilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, bu günlərdə daha 4 adda açıq məlumat bazası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən portala inteqrasiya edilib.

Bu məlumat bazalarına “Obyekt axtarışı üzrə məlumatların əldə olunması”, “Verilmiş məntəqənin radiusunu daxil etməklə ətrafında olan mülklərin axtarışı”, “İki məntəqə arasında avtomobil marşrutunun qurulması” və “Ünvan axtarışı üzrə məlumatların əldə olunması” daxildir.

Açıq elan edilən hər bir məlumat bazası üzrə bütün cari informasiyalar portalda yerləşdirilib. Bununla yanaşı, portalda hər bir məlumat üzrə yaradıla biləcək mobil servisin hazırlanma metodları üzrə təlimat da yerləşdirilib.

Qeyd edək ki, sözügedən məlumatlar naviqator tipli mobil əlavələrin hazırlanması üçün zəruri informasiyaları hərtərəfli əhatə edir. Bu məlumatlardan istənilən şəxs heç bir patent ödəmədən yararlana bilər.

Məlumat üçün bildirək ki, açıq hökumət məlumatları ölkəmizdə dünya təcrübəsinə uyğun tətbiq edilir və açıq edilən məlumatlar əsasında yeni iş potensialı, yeni xidmətlər yaranacaq, bu da öz növbəsində elm və iqtisadiyyatın inkişafına müsbət təsir göstərəcək. Nəticədə mövcud ictimai xidmətlərin keyfiyyəti yüksələcək və iqtisadi tərəqqiyə səbəb olacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.05.2020
Bu axşam Fitr bayramıdır - Zəkat necə çıxarılmalıdır?
22.05.2020
Daha 5 DOST mərkəzinin açılacaq
22.05.2020
"Sənə pensiya düşmür" dedi, amma özü 4 uşaqlı qadının müavinətini 20 il yedi - XAÇMAZDA - VİDEO
22.05.2020
“Bu duanı daha 50 nəfərə göndər ki...” kimi dini mesajlar nəyə xidmət edir?
21.05.2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu - FOTO