Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6894

Digər sorğular

Marsın beş ölümcül təhlükəsi açıqlandı

21:35  |    13 May 2017  |   E-mail  |  Çapa göndər

Mars planetinin səthində olan insanın ölümünə səbəb olacaq beş əsas təhlükə açıqlanıb.

Qaziler.az-ın Space.com nəşrinə istinadən xəbərinə görə, bu barədə müvafiq tədqiqat Vaşinqtonda keçirilən “Marsda insanlar” adlı konfransda NASA planetoloqu Paskal Li tərəfindən təqdim olunub.

Qırmızı planetin səthində olan insanlar üçün birbaşa təhlükə atmosfer təzyiqinin çox aşağı olmasıdır (Yer kürəsindəki atmosfer təzyiqindən təxminən yüz dəfə az). Qoruyucu geyimlərin olmadığı təqdirdə insanın qanı qaynamağa başlayır və o, bir neçə saniyədən sonra ölür.

İkinci ciddi təhlükə - hipoksiyadır. Marsın atmosferi 95 faiz karbon qazından ibarətdir. İnsan burada oksigen çatışmazlığına bir neçə dəqiqə belə tab gətirə bilmir.

Alimlər gecələr havanın soyuq olmasını üçüncü əsas təhlükə hesab edirlər. Marsın ekvatoru yaxınlığında yay aylarında havanın temperaturu müsbət 21 dərəcə təşkil edir, lakin gecə temperatur kəskin aşağı düşür və təxminən mənfi 62 dərəcəyə bərabər olur. Bir neçə saat ərzində insan orqanizmi ölümcül donur.

Qırmızı planetin atmosferinin tərkibində abraziv toz var. İnsanın ağ ciyərlərinə yığılan bu toz, bir neçə həftədən sonra onun ölümünə səbəb olur.

Alimlərin fikrincə, sonuncu, beşinci əsas təhlükə radiasiyadır. Mars atmosferinin maqnitosfer təbəqəsi yoxdur. Tədqiqatçıların fikrincə, kosmik və Günəş şüaları bir neçə ay ərzində insanı öldürməyə qadirdir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
“Rəqs edən” ayının görüntüləri güldürdü - VİDEO
28.05.2020
İngiltərədə dördyaşlı vunderkind üç dildə yazmağı öyrənib - FOTO
25.05.2020
Ölmüş yaxınlarımızı niyə yuxuda görürük? - Bunu bilməlisiniz
22.05.2020
İnsanlara İBRƏT: Qarğa kirpini belə xilas etdi - VİDEO
15.05.2020
Koronavirusu aşkarlayan sensorlu maska hazırlanır