Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6352

Digər sorğular

Xəzər Universitetində TEDx konfransı olacaq

21:12  |    08 May 2017  |   E-mail  |  Çapa göndər

Mayın 13-də Xəzər Universitetində TEDx (‘Thinking Deeply’) konfransı keçiriləcək.


Lent.az-ın məlumatına görə, konfransda professor Hamlet İsaxanlı (Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri), Fuat Rəsulov (Xəzər Universitetinin müəllimi), Samir İmanov (yazıçı), Qismət Rüstəmov (şair və ədəbi tənqidçi), Jestin Baby Mandumpal (Xəzər Universitetinin müəllimi), Murad Məmmədov (təlimçi), Rəşad Bayramov (təlimçi), Daşqın Həmidzadə (təlimçi) və Erlan İsmayılov (Xəzər Universitetinin tələbəsi) kimi natiqlər məruzələrlə çıxış edəcək. Məruzələrdən ikisi ingilis dilindədir və Azərbaycan dilinə tərcüməsi də təqdim olunacaq.

Tədbir Xəzər Universitetinin Bəşər Səfəroğlu küçəsi, 122-də yerləşən “Dünya” konsert zalında baş tutacaq. Konfrans 14:00-dan 18:00-dək davam edəcək.

Tədbirə giriş biletlə olacaq. Biletlər Xəzər Universiteti Neftçilər kampusu 303 nömrəli otaqda və https://goo.gl/forms/UlFRYWaYVjTLDbyf2 linkinin altında göstərildiyi şəkildə satılmaqdadır. Ya da (055) 812 32 14 nömrəsi ilə əlaqə saxlamaqla biletləri əldə edə bilərsiniz.

Biletin qiyməti 5 AZN-dir.

Tədbirin proqramına daxildir:
14:00-14:15 Musiqi nömrələri (Xəzər Universtetinin orkestri)
14:15 - 16:00 Məruzələr
16:00 - 16:30 Çay fasiləsi
16:30 - 18:00 Məruzələr
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.06.2019
Zakir Həsənov: "Şəhid mayor mənim əmrimi icra edib, ərazidə döyüş hazırlığı ilə məşğul olub"
18.06.2019
Azərbaycan Ordusu bütün əsas istiqamətlərdə inkişaf edir - Müdafiə naziri
17.06.2019
Ər-arvad və qayın saxlanıldı - Astarada şok cinayət
17.06.2019
Sabahın HAVA PROQNOZU
16.06.2019
Pənah Hüseyn sosial şəbəkədən Surət Hüseynova od püskürdü: “... Qələr eləyir, başını...”