Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

İslamiada ilə bağlı dəmir yolunda hazırlıq işləri görülür

20:09  |    08 May 2017  |   E-mail  |  Çapa göndər

IV İslam Həmrəyliyi Oyunları zamanı dəmir yolu nəqliyyatının tənzimlənməsi üçün “Azərbaycan Dəmir Yolları” QSC sədrinin əmri ilə Tədbirlər Planı hazırlanıb.


Qurumdan Lent.az-a verilən məlumata görə, Tədbirlər Planına əsasən, IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış günlərində, həmçinin həmin mərasimlərin təşkili üzrə məşq (sınaq) tədbirləri günlərində saat 18.00-da saat 01.00-a qədər biletli tamaşaçıların, qonaqların, habelə müvafiq qaydada akkreditasiyadan keçmiş şəxslərin Bakı sərnişin stansiyasından Bakı Metropoliteninin “Koroğlu” stansiyasına qədər “KİSS” markalı ikimərtəbəli elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək.

Eyni zamanda Bakı sərnişin stansiyasında və “KİSS” markalı elektrik qatarlarında quraşdırılmış monitorlarda günün müxtəlif saatlarında Azərbaycan ilə bağlı tanıtım və IV İslam Həmrəyliyi Oyunlarına həsr olunan reklam çarxları yayımlanacaq.

Yarışların keçiriləcəyi müddətdə Bakı sərnişin stansiyasında və “Koroğlu” stansiyasında sıxlığın yaranmasının qarşısının alınması və işin lazımi qaydada həyata keçirilməsi məqsədi ilə sərnişinlərin qarşılanması, onların yönləndirilməsi, eyni zamanda Bakı sərnişin stansiyasında məlumatların Azərbaycan, rus və ingilis dillərində səsləndirilməsi təmin olunacaq.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı, çoxsaylı idmançıların və qonaqların ölkəyə gəlişi və gedişi üçün əsas nəqliyyat bağlantıları olaraq Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı sərnişin stansiyası, avtomobil nəqliyyatı strukturları nəzərdə tutulur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Deputatların pensiyaları da artacaq
18.09.2019
Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM
18.09.2019
Direktor özünü təqsirli bilmir: Elinanın ölümü ilə bağlı cinayət işi
18.09.2019
Sabahın HAVA PROQNOZU - meteohəssas insanlarda narahatlıq...
17.09.2019
Bakının xilas gününü işğal kimi qələmə verənlər